Mirzə Cəlil orucluqda siqaret çəkməkdən qorxurmuş

Mirzə Cəlil orucluqda siqaret çəkməkdən qorxurmuş
calendar 7 avqust 2012
clock 10:31
Cəlil Məmmədquluzadə


Doğrusu, mən aşkar orucumu yeməyə qorxuram. Heç özüm də bilmirəm nədən qorxuram və niyə qorxuram; amma qorxuram.

Bax, bunu hamı bilir, mən də bilirəm ki, oruc tutmaqnan ya oruc yeməknən nə adamı behiştə hurilərin içinə ötürərlər, nə behiştdən qovlayarlar. Bunu hamı bilir.

Onun üçün mən doğrudan-doğrusu oruc tutmuram. Amma nədənsə bir mollanı və ya hacını görəndə yana-yana papirosu soxuram cibimə və heç özüm də bilmirəm nədən qorxuram.

Hələ özüm də bir az intelligentəm və hamı intelligentləri belə qorxaq görmüşəm.

Bircə burasını bilmirəm ki, mən nədən qorxuram və intelligentlər nədən qorxurlar.

Yenə köhnə zamanlar olsaydı demək olardı ki, şəriətmədar məni papiros çəkən görəndə minbərdən camaata xəbər verəcək və məni möminlər içində töhmətləndirəcək; ya əgər biz Təbriz və Tehranda olsaq gərək ehtiyat edək ki, hökumət bizi oruc yemək üstə həbsə alacaq.

İndi bu bəhanələrin heç biri yoxdur, di indi sən mənə bir intelligent qardaşı nişan ver ki, orucluq günləri su içmək istəyəndə sağa, sola baxmasın və papiros çəkmək istəyəndə xəlvət yer axtarmasın. Mömin bəndələri çaşdıran həmin hərəkətlərdir.

Mömin də bunu görəndə deyir: “Əlbət bu hərif oruc yeməyin qəbahətini duyur ki, gizlətmək istəyir”.

Xülasə ki, orucumu aşkar yeməyə qorxuram. Əlbəttə, intelligentəm, onun üçün.

Molla Nəsrəddin.
“Molla Nəsrəddin” 1924, 13 aprel, №6
# 2162 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news