Yaşamaq və ya ölmək

Yaşamaq və ya ölmək
calendar 7 avqust 2012
clock 11:16
Bunun adı qaçışdırmı? Elədirsə kimnən, nədən qaçıram?

Yox! Məncə bunlar ən sonra veriləcək suallardır. Yaranışın səbəbini bilməmək və buna aid minlərlə sualın içində üzmək. Məncə seçim düzgündür. Bu yerdə mənə sadəcə cəsarət lazımdır.

Artıq doqquzuncu aydır buna hazırlaşıram, yaddaşımın silinməsini, beynimin təmizlənməsini gözləmək elə ən böyük axmaqlıqdır. Işin mənə aid hissəsini demək olar görmüşəm, burada yaşamaq ordakı kimi deyil, bunu mənə hamı deyir, orda hər kəs daha qəddar, daha zalımdır.

Mən kiməm? Necə yaşadım bu vaxta qədər? Ya da onların dili ilə desəm, necə yaşamadım bu vaxta qədər? Bu intihardır? İstəyirəm ki, intihar edim. Onlar üçün hələ yaşamıram, hələ heç nə gec deyil. Bundan sonra kim olacağımı belə bilmirəm. Ölməyə hazırlaşdığım ilk andan, dostlarım arasından ölüm üçün sırf mən seçildiyim andan əzab çəkirəm, hər kəs məni xoşbəxt hesab edir. Onlar bu qısa müddət ərzində var olmağı, ya da yoxluğu xoşbəxtlik hesab edir.

Burda asılılıq yoxdur. Orda kimdənsə asılı olacağam, əfsanəyə görə burda bildiklərimi orda unudub xatırlamağa çalışacağam və əgər xatırlasam unudulmaz olacağam. Tanrını qəbul etdiyin halda orda dəfələrlə unudacağam.

İndi belə düşünürəm ki, onlar axmaqlardır. Heç nə bilmirlər çünki. Dostlarımın çoxu ordadır amma, mən dördüncü olacağam. Adım da dörd olacaq. Dörd, dördüncü.

Amma ordakı həyat, yəni o biri dünya daha rəngarəngdir. Çaylar, meşələr, heyvanlar, insanlar orda da var. Görəsən mən yaxşı yerdə yaşayacağam? Qarşıma necə insanlar çıxacaq. Ordakı həyat burdakından tamamilə fərqlidir. Orda tamam tərs baş verir həyat.

Orda insanlar bir-birinə pislik edə bilir, özü də asanlıqla, elə deyəsən ona görə də burdakından fərqli olaraq, ordakı həyat qocaldıqdan sonra məhv olur.

İndi qalan yeganə şey anamın məni bətnindən xaric etməsidir.
# 1617 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news