Seymur Baycandan yeni şeirlər EKSKLÜZİV

Seymur Baycandan yeni şeirlər EKSKLÜZİV
calendar 12 sentyabr 2012
clock 13:39
Seymur Baycanın Kulis.az-a göndəriyi yeni şeirləri dərc edirik.

Tiflis silsiləsi


Həmişə Tiflisi tərk edəndə kədərlənirəm
Mənə elə gəlir ki,
Görmədiyim yer,
Görüşmədiyim dost,
Yemədiyim yemək qaldı...


Mən burdayam, İlahi!

Yaman həddimi aşmışam
Çox pis yoldayam, İlahi!
Bir gün evdə, bir gün barda
Bir gün koldayam, İlahi!

Mənzil uzaq, ömür yarı
Gedibdi laçın vaxtlarım
Dünən sağçıydı dostlarım
Bu gün soldayam, İlahi!

Oyun ölü, hakim axmaq
Heç bilmirik, nəyə baxaq
Göy üzündən meydana bax
Futboldayam, İlahi!

Mən Seymuram, fikrim dərin
Vurğunuyam bu ellərin
Gedibdi fərli günlərim
İndi «nol»dayam, İlahi!


Sən orda plov süzürsən

Bir vaxtlar
Mənə bişirdiyin plovu
İndi başqasına bişirirsən
Buzlu «Dirol» çeynəyirsən
Və mətbəxdə üşüyürsən.

Deyinirsən, deyinirsən
Altdan-üstən geyinirsən
Əlində kəfkir tutmusan
Babat poetik görünürsən

Oturmuşam, «Araz»dayam
Müxalifəti söyürəm
Sən orda plov süzürsən
Mən burda sosiska yeyirəm


Heyif ki, yoxdu

Üç gün qonaq oldum Tiflis elində
Çimdim hamamında, üzdüm gölündə
Kam almaq istədim bir gözəlindən
Belimdə qüdrətim heyif ki, yoxdu.

Cibdə pul var idi, başımda ağlım
Bir müddət düşündüm, naəlac qaldım
Dedim «viaqra» atıb, qızdan kam alım
Buna da qeyrətim heyif ki, yoxdu.

Bu fürsət də belə ötdü yanımdan
Ağrısı çıxmayıb hələ canımdan
Bakıya qayıtdım utandığımdan
Burda da hörmətim heyif ki, yoxdu.

Tiflis 3-9 sentyabr, 2012
# 2910 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news