Ədalət Əsgəroğlu “Ədəbiyyat qəzeti”ni yarı yolda qoydu

Ədalət Əsgəroğlu  “Ədəbiyyat qəzeti”ni yarı yolda qoydu
calendar 23 aprel 2011
clock 13:47
“Ədəbiyyat qəzeti” və onun baş redaktoru Ayaz Vəfalının ətrafında söz-söhbətlər səngimək bilmir. AYB rəhbərindən tutmuş, qurumun gənc ədiblərinə qədər bütün hamı qəzet və Ayaz Vəfalıdan narazıdır.
Narazılığın əsas səbəbi “Ədəbiyyat qəzeti”nin müasir zamanla uzlaşmamasıdır. Elə bu iddialarla çıxış edən daha bir neçə gənc yazar yenidən “Kulis.az”-da məlum problemi qabardıblar. Tanınmış şair Vaqif Səmədoğlu isə daha dərinə gedərək “Hamı qəzet haqda eyni şeyi deyir” deyib.

Kulis.az açıqlamalarında daim “Ədəbiyyat qəzeti”ni müdafiə edən şair və AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğluna müraciət edərək həm Vaqif Səmədoğlunun, həm də gənc yazarların iddialarının nə dərəcədə həqiqətə uyğun olub-olmadığını öyrənmək istədik.

Lakin mövzunu öyrənən Ə. Əsgəroğlu “mən artıq bu mövzu haqqında danışmaq istəmirəm” dedi. O, danışmağa borclu olduğunu bildirsə də, “məni düz başa düşün, şəkərim var, ürəyim ağrıyır, həqiqəti deyəndə çoxlarının xoşuna gəlmir” deyə əlavə etdi. Ə. Əsgəroğlu söhbətini “Həqiqəti deyirəm düz anlamırlar. İstəmirəm daxilimdə o adamlara qarşı ikrah hissi yaransın (“Ədəbiyyat qəzeti”ni tənqid edənləri nəzərdə tutur – V.Q). Əgər bu baş qaldırsa, gərək tərki-dünya olam. Amma mən əsəbiləşmək istəmirəm, onsuz da səhhəttim qaydasında deyil” deyə tamamladı.

Xatırladaq ki, Ə. Əsgəroğlu hələ “Ədəbiyyat qəzeti” ətrafında söz-söhbətlər bu dərəcədə böyük miqyas almamış “Kulis.az”-a açıqlama verib qəzeti tənqid edən AYB sədrini ciddiyyətə çağırmışdı. Görünür bu cəsarətli çağırışından sonra ona qarşı olan təzyiqlər nəticəsində “şəkər” və “ürək ağrıları” baş qaldırıb.

Vüqar Qurdqanlı
# 2340 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news