Neynirsən orda gözəl qadın?

Neynirsən orda gözəl qadın?
calendar 10 oktyabr 2012
clock 07:15
LAYİHƏ: Qismətin tərcümələri

Bədii mətni bir dildən başqa dilə çevirmək, bir ağacı böyüdüyü, bar verdiyi torpaqdan, iqlimdən çıxarıb, tamam yad bir iqlimə transfer etməyə bənzəyir. Bu transfer prosesi heç də həmişə yaxşı nəticələr vermir, hətta müəyyən mənada kitab evlərinin vitrinlərindəki tərcümə kitablarını görəndə, adama elə gəlir ki, qupquru ağaclarla dolu bir bağı gəzirsən. Mənim tərcüməçilik iddiam yoxdur, zaman-zaman çevirdiyim mətnləri (istər hekayə olsun, istər şeir, istərsə esse) o mətnin, yaxud o mətni yazan müəllifin çox məşhur olmasına görə çevirməmişəm. Mənim üçün əsas şərt, mətnin ilk növbədə özümə xoş gəlməsi olub. İkincisi, həmin mətni çevirməyə qərar vermişəmsə, (bu artıq o deməkdi o mətni bəyənmişəm) o mətni ən mümkün sadəliklə dilimizə çevirim. Dediyim kimi mənim tərcüməçilik iddiam yoxdur və mətnləri dilimizə mükəmməl çevirmək sevdasına düşmərəm. Ayda bir neçə dəfə Kulis-də oxuyacağınız bu tərcümələri iddialı tərcümə mətnləri kimi yox, günü kitabların arasında keçən bir adamın bəyəndikləri, seçdikləri kimi oxuyun.


Jacques Prevert ( Jak Preve) 1900-1977 - şeirlər.


Xəbər

Bir nəfər
açdı qapını
bağladı qapını
oturdu taburetə
tumarladı pişiyi
meyvəni dişlədi
oxudu məktubu
aşırdı tabureti
açdı qapını
dayanmadan qaçdı
keçdi meşəni
tullandı çaya
öldü xəstəxanada
bir nəfər.

Gül dəstəsi

Neynirsən orda balaca qız
əlindəki təzə-tər çiçəklərlə?
Neynirsən orda gənc qız
əlindəki çiçəklərlə, o qurumuş çiçəklərlə?
Neynirsən orda gözəl qadın
əlindəki o solmuş çiçəklərlə?
Neynirsən orda yaşlı qadın
əlindəki bu ölmüş çiçəklərlə?
Savaşdan qalib qayıdanı gözləyirəm.

Rahatlıq

Ayaq üstə duran külək
oturur
damın kirəmitləri üstündə.

Buyurun görək

Bir matros dənizdən ayrıldı
gəmi limanı tərk etdi

bir kral ayrıldı kraliçadan
bir xəsis ayrıldı qızıllarından
...buyurun görək.

Dul qadın ayrıldı yasdan, hüzrdən
Bir dəli tərk etdi dəlixananı
gülüşün tərk etdi dodaqlarımı
... buyurun görək.

Sən məndən ayrılacaqsan
Sən məndən ayrılacaqsan
Sən məndən ayrılacaqsan
Sən mənə qayıdacaqsan
Sən mənim olacaqsan
Sən mənim olacaqsan.

Bıçaq yaranın olur
Göyqurşağı yağışın
Gülüş gözyaşının
Sığallar təhdidlərin
... buyurun görək.

Və atəş buzun olur
ölüm həyatın olur
Həyat sevginin olur.

Sən mənim olacaqsan
Sən mənim olacaqsan
Sən mənim olacaqsan.
# 2004 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news