Mənim sevgilimdən axı sən nədən; Sən nədən yaxşısan, yaxşı bu qədər?!
Ürək ki, ürəyin əsiri deyil –
Buyur get, indi ki fikrin başqadır.
Kim ki bir kimsədən asılı deyil
Xoşbəxtlik onunçün hər qarışdadır.
Ağlayıb baxtımı qarğamıram da,
Yoxdu qismətimdə səadət mənim.
Ölüm oxşayar da, sığallayar da –
Sən öpmə, oxşama yorğun çöhrəmi.
Həsrət ağrıları getmiş sinəmdən
Ağappaq, bəmbəyaz qışla bərabər.
Mənim sevgilimdən axı sən nədən,
Sən nədən yaxşısan, yaxşı bu qədər?!
*
Ayrıla bilmirik, bilmirik artıq,
Ölçürük yolları çiyin-çiyinə.
Astaca-astaca çökür qaranlıq,
Fikirli-fikirli durmuşuq yenə.
Kilsəyə girərik –
xaç mərasimi, ya ölü duası...
Çıxıb kilsədən
kimsəyə baxmadan dönüb gedərik...
nədən özgə çürük axı, biz nədən?
Ya da köks ötürüb əyləşirik biz
Bir köhnə, bir uçuq məzarın üstdə;
Qoşa qəbrimizi səssiz-səmirsiz
Cızarsan ağacla boz qarın üstdə...
Çevirəni: Mahir N. Qarayev
Buyur get, indi ki fikrin başqadır.
Kim ki bir kimsədən asılı deyil
Xoşbəxtlik onunçün hər qarışdadır.
Ağlayıb baxtımı qarğamıram da,
Yoxdu qismətimdə səadət mənim.
Ölüm oxşayar da, sığallayar da –
Sən öpmə, oxşama yorğun çöhrəmi.
Həsrət ağrıları getmiş sinəmdən
Ağappaq, bəmbəyaz qışla bərabər.
Mənim sevgilimdən axı sən nədən,
Sən nədən yaxşısan, yaxşı bu qədər?!
*
Ayrıla bilmirik, bilmirik artıq,
Ölçürük yolları çiyin-çiyinə.
Astaca-astaca çökür qaranlıq,
Fikirli-fikirli durmuşuq yenə.
Kilsəyə girərik –
xaç mərasimi, ya ölü duası...
Çıxıb kilsədən
kimsəyə baxmadan dönüb gedərik...
nədən özgə çürük axı, biz nədən?
Ya da köks ötürüb əyləşirik biz
Bir köhnə, bir uçuq məzarın üstdə;
Qoşa qəbrimizi səssiz-səmirsiz
Cızarsan ağacla boz qarın üstdə...
Çevirəni: Mahir N. Qarayev
Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı
12:58
29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli
18:24
21 noyabr 2024

Rakı şüşəsində balıq olmaq istəyən şair
16:34
21 noyabr 2024

Tezer Özlü "Sarı və dumanlı"
14:02
21 noyabr 2024

test basliq
18:20
5 noyabr 2024

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?
15:00
1 noyabr 2024