“Holllivud” bağlandı
Artıq bir neçə gündür ki, insanlar Amerika kinosunun məşhur simvolunun qarşısında şəkil çəkdirə bilmir. Kulis.az-ın The Hollywood Sign saytına istinadən verdiyi məlumata görə, turistlər arzularını həyata keçirə bilmədiklərindən məyus olub geri qayıdırlar. Səbəb isə çox sadədir, loqin restovrasiya edilmək üçün müvəqqəti olaraq bağlanıb.
Təmir “Hollivud”un simvolunun 90 illiyi ilə əlaqədardır. Yubiley isə 2013-cü ildə olacaq.
Xatırladaq ki, Hollivud təpəciyində böyük ağ hərflərlə yazılmış “Hollivud” sözü 1923-cü ildə əvvəlcə reklam üçün nəzərdə tutulub. Tezliklə bu işarə Amerika kinoindustriyasının simvoluna çevrilir. Bu böyük ağ simvol indi Maunt-Li dağının üstündə dəniz səviyyəsindən 491 m yüksəklikdə durur.
Təmir on həftə çəkəcək. 15 metrlik hərflərin hər birinin üstündən his-pası, tozu-çirki təmizləndikdən sonra onu bəyaz boya ilə rəngləyəcəklər. Bunun üçün 1,5 ton boya sərf olunmalıdır.
Q. Ramilə

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı
12:58
29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli
18:24
21 noyabr 2024

Rakı şüşəsində balıq olmaq istəyən şair
16:34
21 noyabr 2024

Tezer Özlü "Sarı və dumanlı"
14:02
21 noyabr 2024

test basliq
18:20
5 noyabr 2024

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?
15:00
1 noyabr 2024