Nizami Gəncəvini danlayan qarı

Nizami Gəncəvini danlayan qarı
calendar 1 noyabr 2012
clock 14:45
Nizaminin heykəlinin yanında skamyada oturub kitab vərəqləyirdim.

Yanımda iki oğlan əyləşdi, bir azdan beli çantalı, əli fantalı bir gənc də gəldi.

Çox keçmədi bir qoca nənə də skamyada özünə yer elədi. Qoca nənə əvvəlcə məndən başladı :

- Bala , nə oxuyursan , kitabdı ? (Təsdiqlədim)

-Oxu , bala, oxu, oxumaq yaxşı şeydi. (Gülümsədim)

Sonra nənə vaxt itirmədən yanımdakı iki oğlana irad tutdu :

- A bala o siqaret zəhrimar da nə görmüsüz ? Az çəkin onu,
ziyandı. Bizim kənddə Vüsal da bu zibildən öldü elə

Oğlanlardan biri dilləndi :

-Yaxşı ay nənə, axırıncını çəkim, sabahdan tərgidəcəm.

Nənə cavabdakı istehzanı sezmədən təkrarladı :

-Çəkmə, ay bala, çəkmə...

Sonra necə oldusa nənənin gözü fanta içən gənc oğlana sataşdı və sinəsindəki avtomat işə düşüb gənci güllə-baran etməyə başladı :

- O nədir içirsən, ay bala? Hər zir-zibili mədənizə doldurmayın, heç bilmirsən nədən düzəlir, at sidiyinə oxşayır, içmə, içmə, at onu. Anan kompot bişirmir evdə ?

Oğlan cavab vermədən durub uzaqlaşdı, bir azdan mən də, iki oğlan da aradan çıxdıq.

Bir az uzaqlaşandan sonra çevrilib nənəyə baxdım, dilinin altında nəsə deyirdi. Mənə elə gəldi ki, o Nizaminin heykəlini danlayır...

Yazı Qismətin Facebook səhifəsindən götürülüb.
# 1703 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news