Elçin Əfəndiyev: “Məni ləkələməyin”

Elçin Əfəndiyev: “Məni ləkələməyin”
calendar 7 noyabr 2012
clock 12:28
ABU-nun sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı daha bir nəfər saxlanılıb.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, tutulan şəxs Nazirlər Kabinetinin əməkdaşı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovdur. V. Hüseynov dələduzluqda təqsirli bilinir. O, Azərbaycan Beynəlxalq Universitetinə (ABU) lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat almaqda şübhəli bilinir.

Qeyd edək ki, E. Abdullayevin şikayəti əsasında dünən daha bir nəfər həbs edilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Arzu Kazımov da dələduzluqda təqsirli bilinir. O, E. Abdullayevin itkin düşmüş qardaşının tapılmasında köməklik etmək məqsədi ilə sabiq rektordan 3 milyon pul almaqda şübhəli bilinir.

Təqsirləndirilən şəxsin vəkili Ramiz Zeynalov isə mətbuata açıqlama verərək Elşad Abdullayevin Arzu Kazımova pul verdiyinə dair heç bir sübutun olmadığını bildirib.

Elçin Əfəndiyev APA-ya verdiyi açıqlamada bildirib ki, mənim bir təmiz adım var: “Jurnalistlərdən xahiş edirəm ki, onun ləkələnməsinə imkan verməsinlər”.

Elçin Əfəndiyev bildirib ki, Elşad Abdullayevin video qalmaqalı ilə bağlı saxlanmış Vaqif Hüseynovun onun köməkçisi kimi təqdim edilməsi doğru deyil. Baş nazirin müavinin dediyinə görə, Vaqif Hüseynov əvvəllər onun rəhbərliyi altında işləsə də, üç il əvvəl azad edilib.

“Mən adımın bu cür qalmaqallarda hallandırılmasını xüsusilə pul söhbətlərinə qarışmasını arzu etmirəm. İllər boyu təmiz adımı qorumuşam. Media işçilərindən xahiş edirəm ki, bundan sonra da mənim adımı ləkələməyə çalışmasınlar”.

Hafiz Heydərov
# 2291 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news