Mən olaydım şeirin hərbi komissarı!

Mən olaydım şeirin hərbi komissarı!
calendar 12 noyabr 2012
clock 12:03
Döyüşlərdə keçdi mənim
Bildiyiniz otuz yaşım.
Dayanmadan hey işlədi
Xalqım üçün qəlbim, başım.

Bu il doldum otuz yaşa,
Sanmayınız qocalıram.
Gəncləşirəm gündən-günə,
Xalqımla bir ucalıram.

Şair xalqdan ayrı heçdir...
Yağsız çıraq yanmaz, sönər!
Quş nə qədər yüksək uçsa,
Dənçin yenə yerə enər.

Təbrik etdi bu gün səhər
Gülə-gülə Günəş məni.
Hər gün səhər pəncərəmdən
Görür üzü güləş məni.

Xatırladım bir-bir bütün
Əski əziz yoldaşları.
Sevin, cavan ömrüm, sevin,
Sənə yaddır göz yaşları.

Günlər bizim əlimizdə
Biliniz ki, mum kibidir;
Hər kəlməmiz topraklara
Basdırılmış tum kibidir.

Bizə yaxın düşməz aclıq,
Qorxu qorxub qaçar bizdən.
İl uzunu bizimlədir,
Ayrı düşməz bahar bizdən.

Gənc qalaram əgər mənim
Yüzdən artıq yaşım olsa;
Gələcəyin özülündə
Mənim də bir daşım olsa.

Mən xalqımın bayramında
Söz demişəm, saz çalmışam.
Mən boynuma alıram ki,
Az demişəm, az çalmışam.

Şeirimiz bir ordudur ki,
Yağı gəlməz ona sarı.
Deyirəm ki, mən olaydım
Şeirin hərbi komissarı!

Bu həyatı şənləndirmək
İşidir bir usta əlin;
Gündən-günə gəncləşirik,
Sayəsində Stalinin!

“Kommunist” qəzeti

28 aprel 1936-cı il
# 1432 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news