Qol əvəzinə quş qoyan şairin Stalin şeiri

Qol əvəzinə quş qoyan şairin Stalin şeiri
calendar 20 noyabr 2012
clock 11:45
Layihə-37

Kulis.az 1937-ci ildə çap edilmiş maraqlı yazıların bu layihə çərçivəsində dərcini davam etdirir. Bu dəfə Qazaxıstanın ordenli aşığı olmuş Çambul Çabayevin Stalinin şəninə qoşduğu şeiri təqdim edirik.

Çambul Çabayev

Qazaxıstan xalqının ordenli aşığı

Mən Stalini dinlədim


Geyərək qürubun son şüasını
Yanır gövhər kimi Aladağ qarı.
Ulduzlar parlayır, alma bağında,
Radio səslənir axşam çağında.

Qaşlarım çatıldı, sərt baxışla mən,
Dinlərəm bu səsi sevinclə. Həmən,
Çırpınır yenidən köksümdə mənim
Bir gənc ürək kimi qoca ürəyim.

İspaniyada qan, Mancuriyada qan,
Həbəş ölkəsində qanlıdır hər yan.
İştə, bu zamanda uzaq Kremlin
Böyük sarayında ildırım təkin
Gurlayan alqışlar, dağ axınılə
Səslənib gətirir bizə hədiyyə.

Könülləri açan, yeri oyadan,
Rəhbərin sədası yayılır haman.
Dünya həyəcanlı, səssizdir, fəqət,
Yer üzündə çatmış tarixi saət.

Qüvvətlə səslənir tribunadan,
Rəhbərin dühalı sözləri əlan.
Qazaxlar düzlərdə, gürcülər dağda,
Belaruslar çöldə, ziryanlar bağda,
Dinləyir rəhbərin parlaq səsini,
Saxlayır yadında hər kəlməsini.

Bu sözlər alovlu və qüdrətlidir,
Ata qayğısından məhəbbətlidir.
Nə dolğun, inamlı, gözəl ifadə,
Büllur kimi şəffaf, aydın və sadə.

Səslənir dünyaya Konstitusiya,
Onun hər kəlməsi sanki bir şüa,
Ziyadan işıqlı, ulduzdan parlaq,
Avqust meyvəsindən təzədir, bir bax!

Bu şən günü necə unudayım mən,
Domburu çalmayıb oxumayım mən.
Könlüm quşu uçar rəhbərə doğru,
Bir cocuq sevinci bürüyər onu.

Sən, ey əsrlərin böyük dühası!
Verdin bizə xoşbəxt qanun əsası,
Deyirəm xalq ilə bütün ölkənin,
Sağ olsun atamız, doğma Stalin!

Ruscadan çevirəni: Əmin Sadiq

“Kommunist” qəzeti
14 fevral 1937-ci il

Hazırladı: Kənan Hacı
# 2459 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news