Qoy qaşının üstündən öpüm!

Qoy qaşının üstündən öpüm!
calendar 21 noyabr 2012
clock 11:17
Yuxu içində yuxu


Qoy qaşının üstündən öpüm!
Və elə indi səndən ayrılarkən
Qoy düzünü söyləyim –
Sən heç də yanılmırdın deyəndə ki,
Mənim bütün həyatım yuxuda keçib.
Bir halda ki, ümid əriyib gedib
Gecədə, ya gündüzdə,
Xəyalda, ya yoxluqda
Bu, onun dönəcəyinə dəlalət etmir.
Bütün gördüklərimiz və necə göründüyümüz
Yuxu içində yuxudan başqa, bir şey deyil.

Mən məcrasından çıxmağa hazır dənizin
Qasırğasının tam ortasında dayanıb
Ovuclarımın arasında
Qızılı qum dənələrini sıxıram.
Lap azdırlar! Amma necə də tələsirlər
Axıb getməyə barmaqlarımın arasından.
Mənsə göz yaşları içində!
İlahi! Axı niyə onları
Tutub saxlaya bilmirəm?
İlahi! Axı niyə xilas edə bilmirəm
Heç olmasa birini bu qəddar dalğalardan?
Görəsən, bütün gördüklərimiz və necə göründüyümüz
Yuxu içində yuxudan başqa, bir şeydirmi?

İngiliscədən tərcümə: Svetlana Quliyeva
# 1962 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news