Türkiyədə daha bir kitaba qadağa qoyuldu - SENZURA

Türkiyədə daha bir kitaba qadağa qoyuldu - SENZURA
calendar 2 may 2011
clock 12:27
İstanbul prokurorluğu tanınmış amerikalı yazıçısı, keçən əsrin ortalarında geniş yayılan “Beat generation” (yorulmuş, əzilmiş nəsil) hərəkatının nümayəndələrindən biri Uilyam Berrouzun “Yumşaq maşın” kitabını qadağan edib.

Prokurorluğun fikrincə, roman insan mənəviyyatını təhqir edir, ictimai normaları pozur.

Kulis.az-ın “Hurriyyet Daily News” saytına istinadən verdiyi xəbərə görə, əsəri tərcümə edən nəşriyyat məhkəmənin qərarını “biabırçı” adlandırıb.

İttihamçılar isə öz növbəsində romanın qüsurlarını sadalayıblar. Onlara görə, romanda vahid struktur və süjet yoxdur, söyüşlərdən, ədəbsiz ifadələrdən geniş istifadə olunub.

İstanbul prokuroru Aykut Çingiz Engin əsəri vulqarlıqda ittiham edib. Onun sözlərinə görə, bu ümumiyyəltə ədəbiyyat deyil və oxucuya yaxşı heç nə vermir.

Qərara etiraz edən nəşriyyat nümayəndələri isə ədaləti bərqərar etmək üçün bütün vasitələrdən istifadə edəcəklərini deyiblər.
Xatırladaq ki, Berrouz sağlığında da senzura ilə qarşılaşıb.

Onun “Çılpaq qəhvəaltı” əsəri yazılandan ancaq bir neçə il sonra Fransada çap oluna bilib.

Amerikada isə yalnız 1962-ci ildə nəşr olunub və “ictimai normaları təhqir” ittihamı ilə məhkəməyə verilib.

Qeyd edək ki, Berrouzun yaradıcılığı bir neçə musiqi, ədəbiyyat və kino nəslinə böyük təsir edib.


Rəna Nevzat
# 1021 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news