Çarlz Dikkensin homoseksualları!

Çarlz Dikkensin homoseksualları!
calendar 2 mart 2011
clock 15:38
İngiltərənin Leyster Universitetinin akademiki Holi Förnex ədəbiyyat dünyasında mübahisə yaradan bir araşdırma aparıb. Förnexin araşdırmasına görə, ingilis yazıçısı Çarlz Dikkensin əsərlərinin çoxunda yaratdığı obrazların gizli homoseksual tərəfləri var. Buna misal olaraq isə “Böyük Ümidlər” (Great Expectations) əsərindəki Pip və Herbert obrazlarını göstərib.

Araşdırmalara görə, Çarlz Dikkensin kişi obrazları çox vaxt ən yaxın dostlarının bacılarına vurulurlar. Bu da yazıçının əhvalatlarının təməlində homoseksual elementlərin olduğuna arqument olaraq istifadə olunur. Viktoriya dövrünə dair tədqiqatlar aparan Förnex, o dövrdə Dikkensin hörmətli biri sayıldığından onun hər cür cinsəlliklə məşğul olması məlum olduğu halda belə, tarixi mənbələrdə bunun çox qabardılmamasını iddia edir.

Förnex, Dikkensin “Martin Çuzlevit” adlı əsərində də Con Vestlokun dostu Tom Pinçin bacısı Ruza vurulduğunu daha bir sübut kimi qeyd edir və əsərdən bir parça ilə fikirlərini izah edir: “Con Ruzla tanış olmamışdan əvvəl də onun nə qədər gözəl biri olduğunu təxmin edirdi. O, Ruzu Tomun gözəl bir qadın versiyasının olacağını xəyal edirdi”.
# 1675 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news