“İncə Məmməd” kimi reportajlar

“İncə Məmməd” kimi reportajlar
calendar 3 may 2011
clock 16:00
“İncə Məmməd” romanı ilə tanınan türk yazıçısı Yaşar Kamalın reportajlar kitabı dərc olunub. İlk reportajı 17 may 1951-ci ildə yayımlanan yazıçının son 60 ildə yazdığı reportajlar kitaba daxil edilib.

“Reporyorluqda 60 il” adlı kitabda Türkiyənin məşhur fotoqrafı Ara Gülərin ağ-qara fotolarından istifadə olunub. Kitab Türkiyənin son 60 ilinə Yaşar Kamalın baxışıdır.

Kitab haqqında danışan Yaşar Kamal deyib ki, “İncə Məmməd” nədirsə, reportajlarım da odur. Doğurdan da Yaşar Kamalın reportajları oxucunu əsl ədəbi mətnlərlə üzbəüz qoyur.

Kitab Yaşar Kamalın jurnalların birinə reportaj haqqında dedikləri ilə başlayır: “Dünyanın ən yaxşı reportyorları həmişə ən yaxşı yazıçılar olub”. Yaşar Kamal Heminquey və Erenburqu misal göstərir: “Bizdə bir çox məşhur yazıçılar reportaj yazıb. Nazim Hikmətin Kuba haqqında reportajları əlçatmaz gözəllikdir. Səid Faiqin, Orxan Kamalın, Əziz Nesinin reportajlarını kim unuda bilər? Reportaj ədəbiyyatın bir janrıdır. İnsan yaşamını, həyat həqiqətlərini çox gözəl çatdıran janrdır”.

Buna baxmayaraq Yaşar Kamalın fikrincə Türkiyədə reportaj janrı o qədər də inkişaf etməyib. Buna səbəb demokratiyanın yoxluğu olub: “Bizim siyasətimmiz uzun illər həqiqətə çatmaq yox, onu gizlətməyə yönəlib. Mən Türkiyənin şərqində yaşayan insanlar haqqında yazanda qiyamət qopurdu. O vaxtın höküməti məni az qala qəzetdən qovurdu. Türkiyə uzun illərdir demokratiya pərdəsi altında bal kimi bir faşizm yaşayır. Belə ölkədə reportaj necə inkişaf edə bilər ki?”

Günel Əsgərzadə

P.S. Kulis.az sabah Yaşar Kamalın Yozqatdan yazdığı reportajı sizə təqdim edəcək. Bizi izləməyə davam edin.
# 1499 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news