“Oxu Zalı”nın short listi açıqlandı

“Oxu Zalı”nın short listi açıqlandı
calendar 3 may 2011
clock 16:15
“Azadlıq” radiosunun “Oxu zalı” ədədiyyat portalının artıq ikincisini keçirdiyi “"Ədəbi Azadlıq-2011” hekayə müsabiqəsində qısa siyahı bəlli olub.

Kulis.az “Oxu zalı” portalına istinadən xəbər verir ki, münasiflər 150 hekayə arasından 13-nü qısa siyahıya salıblar.

Qısa siyahıdakı hekayələr bunlardır:

Anar Fərəcov "Yerevan azərbaycanlısının memuarları"

Azad Qaradərəli "Gilənar albalı olurmu?"

Babək Göyüş "Yaşıl qurbağanın çəhrayı daşı"

Jalə İsmayıl "Ülviyyə Heydərova"

Mənsurə Qaçayqızı "Qərar"

Mətləb Muxtarov 'Araba Sahipinden Satılıktır'

Musa Əfəndi "Onları yol apardı"

Novruz Novruzov "Ritorik"

Rasət Pirisoyu "Xa..."

Rəhim Əliyev "Zabitəli kişinin arvadı"

Şahbaz Xuduoğlu "Doktor Cəmil"

Şəhriyar Hacızadə "Vəfalı Xoruzu Cehiz Apardı"

Tosif Həsənli "Divarlar"


Onluğa düşmək üçün minimum balı 4 hekayə topladığı üçün onların hamısını qısa siyahıya daxil edilib. Beləliklə bu ilki qısa siyahı şərti olaraq onluq adlanır və 13 hekayədən ibarətdir.

Müsabiqənin ikinci mərhələsində münasiflər heyətinin verəcəkləri ballarla yanaşı oxucuların səsverməsi də nəzə alınacaq.

Birinci yeri tutan hekayənin müəllifinə noutbuk, ikinci və üçüncü yerlərin müəliflərinə isə netbuk veriləcək. Mükafatlandırma iyunun əvvəllərində Bakıda keçirələcək.

“Ədəbi Azadlıq 2010” hekayə müsabiqənin qalibləri “Əli metroda işləyir” hekayəsinin müəllifi Eyvaz Zeynalov olmuşdu. İkinci mükafata “Dovşan qəfəsi” hekayəsi ilə Aydın Səlimov, üçüncü yerə isə “Salavat” hekayəsi ilə Sevinc Pərvanə layiq görülmüşdü.
# 1804 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news