MKM-də iki yazıçı özünü “tapşırtdırıb”

MKM-də iki yazıçı özünü “tapşırtdırıb”
calendar 1 aprel 2011
clock 16:24
Milli Kitab Mükafatının “short listi”, onluğu açılandan sonra ehtiraslar qızışıb. Adı onluğa düşən yazıçılar qalıb gəlmək üçün şəxsi əlaqələrini işə salır, müxtəlif yollarla münsiflərə təsir göstərməyə çalışırlar. Bu işdə iki yazıçı xüsusi fəallıq göstərir. Onların birinin - Natiq Rəsulzadənin adını AYB-nin gənclər katibi Rəşad Məcid “Azadlıq Radio”suna açıqlamışdı.

MKM münsiflərinin birindən aldığımız məlumata görə son dövrlərdə Paşa Qəlbinur da xüsusi fəallıq göstərməyə başlayıb. O şəxsi münasibəti olduğu münsiflərə zəng vurur, özünə yüksək səs yazmalarını xahiş edir. Münasibəti olmayan münsiflərə çıxmaq üçün iş aparır, onların yaxın çevrəsinə aid olan adamlar vasitəsi ilə xahişini çatdırır.

Paşa Qəlbinurun cəhdlərindən Natiq Rəsulzadə də xəbərdar və narahatdır. Belə ki, o, mətbuata açıqlamasında ilk dəfə nəsr yazan şairin onluğa düşməsindən narazılığını bildirib. Siyahıda Paşa Qəlbinurdan başqa şairin yer almaması hədəfi konkretləşdirir. Onluqda xeyli tanınmış yazıçı olduğu halda Natiq bəyin Paşa bəyi hədəf alması başqa cür izah oluna bilməz.

Münsiflərin sayının keçən ilə görə artırılması yazıçıların işini də xeyli çətinləşdirir. Belə ki, münsiflər heyəti 17 münsifdən ibarətdir. Hər hansı bir yazıçının qalib adını alması üçün 17 münsifdən də müsbət rəy almalıdır.

Milli Kitab Mükafatının qalibi may ayının 28-ində açıqlanacaq.


Kulis.az
# 1836 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news