Xəzərdə “Dalğa” - TƏQDİMAT FOTOLAR

Xəzərdə “Dalğa” - TƏQDİMAT FOTOLAR
calendar 25 may 2011
clock 11:17
Mayın 24-də Xəzər Kitab Klubunda gənc yazar Svetlana Quliyevanın “Dalğa” romanının təqdimat və imza mərasimi keçirildi.

Teqdimat mərasiminin aparıcısı Xəzər Kitab Klubunun rəhbəri, şairə Günel Xəzəl idi.

Günel Xəzəl mərasimi öz çıxışı ilə başladı və “Dalğa” romanı haqqında fikirlərini mərasim iştirakçıları ilə bölüşdü, romanı oxuduqdan sonra Svetlana Quliyevaya təqdimat mərasimi keçirməyi təklif etdiyini də dedi.

Açılışdan sonra öz qonaqlara verildi. İlk öncə Svetlana Quliyevanın müəlliməsi Xanım Qasımova çıxış etdi, roman haqqında təəssüratlarından danışdı və müəllifi təbrik etdi.

Daha sonra yazar, şair və publisist Cəlil Cavanşir çıxış edərək “Dalğa” romanı barəsində, bu roman haqqında yazdığı resenziya haqqında danışdı və gənc yazarı təbrik etdi.

Gənc yazarlardan Mətanət Vahidova, Kənan Hacı, Elnaz Eyvazlı, Kəramət Boyukçöl, Sadiq Elyer çıxış etdilər, gənc yazarı təbrik edərək ona yeni yaradıcılıq nailiyyətləri arzuladılar.

Svetlana Quliyeva özü də çıxış edərək tədbirə gələn qonaqlara təşəkkür etdi, ədəbiyyata gəlişi və romanı necə yazması haqqında bəhs etdi.

Tədbirdə həmçinin yazarlar Samirə Əşrəf, Nərmin Hüseynzadə, Könül Talıbova və

Xəzər Universitetinin tələbələri də iştirak edirdilər.

Təqdimat mərasimi bir saat davam etdikdən sonra imza mərasimi oldu.

Günel ƏSGƏRZADƏ
# 1613 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news