Kitab Bayramında iynə yerə düşmürdü FOTO-REPORTAJ-VİDEO

Kitab Bayramında iynə yerə düşmürdü FOTO-REPORTAJ-VİDEO
calendar 27 may 2011
clock 13:45
Bu gün Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 4-cü Kitab Bayramı başlayıb.

Kitab yarmarkası çərçivəsində nəşriyyatlar, kitab dükanları özlərinin stendlərini qurublar. Yarmarkada prezidentin sərəncamı ilə latın əlifbası ilə yenidən nəşr olunan, habelə müxtəlif mövzular üzrə (din, mədəniyyət, tarix, fəlsəfə və s.) ədəbiyyat sərgilənib.

Bayrama şəhər sakinləri, kitab həvəskları ilə yanaşı, yazıçıları, tənqidçilər, ədəbiyyat adamları, naşirlər də qatılıblar. Yarmarkada oxucular yazarlarla birbaşa təmasda olmaq şansı da qazanıblar.
Bu ilk dəfə olaraq Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin internet saytlarının təqdimatı da olub.

Kitab bayramının ən böyük iştirakçılarından biri olan “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Kulis”-ə açıqlamasında deyib ki, artıq bu cür tədbirlərdə 3-dü dəfədir iştirak edirlər: “Belə tədbirlər çox əhəmiyyətlidir. Bu oxucularla naşirlər, yazarlar arasında körpüdür. Nəşriyyatların da bir-biri ilə əlaqə qurmasında böyük rol oynayır. Belə sərgilər imkan verir ki, digər həmkarlarımızın işləri ilə tanış ola bilək. Burada həm də oxucuların zövqünü müəyyən edə bilirik. Bu baxımdan, bu cür yarmarkaların keçirilməsi vacibdir”.

Şahbaz Xuduoğlunun sözlərinə görə, “Qanun” nəşriyyatı yarmarkaya keçən il 30 kitabla iştirak edirdiksə , bu 230 kitabla qatılıb. “Əgər keçən il bizim sərginin qabağında bir neçə yazar var idisə, indi onların sayı çoxdur. Yazarla birbaşa oxucularla ünsiyyətdə ola bilirlər. Oxucular kitabları alıb müəlliflərindən avtoqraf alırlar. Yəni belə tədbir kitab aləmindən olan adamları bir yerə yığır”.

Ötən ilin ən çox satılan kitablarından biri olan“Yad dildə” romanın müəllifi yazıçı Pərviz Cəbrayıl isə deyib ki, bu tədbirin yalnız xeyri ola bilər: “Təəssüf ki, bu ildə bir dəfə keçirilir. Çox yaxşı olardı ki, tez-tez, hətta ayda bir dəfə baş tutsun”.


Günel ƏSGƏRZADƏ
Fotolar: Elmin Həsənli
# 1467 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news