Araz Zəki: Müsəlman qardaşın xəstəxana macərası - MƏTN

Araz Zəki: Müsəlman qardaşın xəstəxana macərası - MƏTN
calendar 27 may 2011
clock 17:48
Dün bir müsəlman qardaş məni olduqca çox asan və asan olduğu qədər də çətin vəziyyətə saldı. Demək belə:

Sındırıb barmağın fərq etməz harda,
Həm özü dardadır, həm barmaq darda
Günlərlə fikir etdi:- nə etsin çara,
Barmağı aparıb göstərsin hara?
Düşündü; xəstələr xanəsi xəstəxanəyə
Durmadan üz tutsun tələssin gərək.
Yenə də dayandı, durdu, düşündü:
Getmişəm mən ora baxıram mal-mal,
Gər həkim gəlib də, versə ki sual
“Getmisən ay bala de sən rentgenə?”
Eh, yamanca ilişdim-ilişdim yenə
Öz-özümə fikr etdim.

Rentgenin qiyməti onca manatdır,
Baxdım barmağıma - “yox salamatdır”
Barmaq da eşidib “10 manat” sözün
Ağrısız hiss etdi bir anlıq özün.
Yenə də yerində durdu, düşündü...
Qarışdı bir-birinə bütün fikirləri
Cibinə yönəldi həm nəzərləri
Əl atmaq istədi, yalnız istədi
Ciblərin batini lap cib üstədi
Cibimiz bayırdan görsənir düm-düz
Cibimiz şalvarda sayılır iç üz.
Yenə də yerində durdu, düşündü...
Baxaraq cibində olan parəyə
Yollandı bir evə “türkəçarəyə”...
Baxaraq üzünə ağrıya, hissə
Söylədi;
Gərək ki, barmağı biz qoyaq gipsə
Bu qadın urusdu, yaxşı adamdı
Deyəsən onun da ürəyinə damdı
Ki, yoxdur cibində nə pul, nə para...
Söylədi: “Sdelal ya radi Boqa”...
Eşidib bu sözü çəkdim dərin ah
De niyə qəddardır insanlar, Allah?!
İstəyiniz var isə deyin bilməyə
Qayıdım başdakı nəsr cümləyə.
Dedim ki, birindən azacıq borca pul götür
Barmağın şişibdir, durma, vaxt itir
Saldır rentgenə, öyrən çarəsinin
aldığın pul ilə ödə parəsin!
Cavabı asandır, çətindir həm də...
Bax, burda ilişdim yamanca mən də!
Dedi ki, o birin biri də ol sən
Birindən bir olub kömək göstərsən
Deməyin başağrı sən oldun bizə
İndi də özümdən danışım sizə:
Yox, amma olmuyun heç də narahat
Başağrı olmaram, oturun rahat.
Mənim də həyatım deyildir fərqli
Qardaşla eynidir, işlədin əqli!
# 1091 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news