Mədəsinə zəhər yeridilən şair...

Mədəsinə zəhər yeridilən şair...
calendar 2 iyun 2011
clock 12:59
Xərçəngdən öldüyü bilinən şair Nerudanın əslində hərbi rejim tərəfindən zəhərləndiyi bildirilir

1971-ci ildə Nobel mükafatı alan şair Pablo Neruda Çilidəki hərbi çevrilişdən 12 gün sonra 1973-cü ildə 69 yaşında ölmüşdü. Rəsmi açıqlamalarda göstərilidi ki, Neruda prostat xərçəngindən vəfat edib. Ancaq indi iddia edilir ki, Neruda hərbi rejimin casusları tərəfindən zəhərlənib.

Bu iddianın müəllifi Nerudanın sürücüsü Manuel Arayanın sözlərinə görə zəhər şairin mədəsinə şprislə yeridilib. Ancaq Neruda Fondu bunun sübutunun olmadığını bildirir.

Çili Komunist Partiyasının sədri Qilyermo Teyller iddia edir ki, Nerudanı səsini boğmaq üçün öldürüblər. O deyib ki, Nerudanın ölümü ilə bağlı həqiqətləri ortaya çıxartmaq əxlaqi baxımdan mütləq lazımdır.

1973-cü ildə hərbi çevrilişlə devrilən Çili prezidenti Salvador Alyendenin meyidi hələ də beynəlxalq tibb mütəxəsisləri tərəfidən incələnir.

Günel ƏSGƏRZADƏ
# 1033 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news