Nərmin Kamal AYO-dan çıxdı -QALMAQAL

Nərmin Kamal AYO-dan çıxdı -QALMAQAL
calendar 3 iyun 2011
clock 17:44
Gənc yazıçı Nərmin Kamal Azad Yazarlar Ocağından (AYO) çıxdığını bildirib.

Bu barədə Kulis.az-a açıqlama verən N.Kamal bildirib ki, AYO-nu müvəqqəti olaraq tərk edir: “Aqşinin AYO-da sədrlik müddəti sona çatdıqdan sonra mən yenə özümü AYO-çu adlandıracağam və AYO-da olacağam”.

N.Kamal AYO heç vaxt kitab müzakirəsi keçirmədiyi halda, yalnız Kamal Abdullanın kitabı üçün müzakirə keçirmək fikrinə düşülməsini də anlamayıb: “Mənim tanıdığım AYO tarana gedirdi. İndi isə AYO Kamal Abdulla ilə görüşə don geydirmək üçün \\\"Kamal Abdulladan sonra Əkrəm Əylisli ilə də görüş olacaq \\\" kimi manevrlər edən AYO-dur, yəni Aqşin Yenisey Ocağıdır. AYO-nun \\\"prizemlenie\\\"sinə dözümsüzlüyümü bildirirəm”

N.Kamal deyib ki, AYO-çu ola-ola bu görüş haqda yalnız saytlardan xəbər tutub: “Ya bunu sistemli, başqa kitablar üçün də təşkil etməlisən, ya da şəxsi münasibətlərinə görə, bir istisna edərkən içində mənim də adım olan AYO-nu kullanmamalısan, elə deyilmi? Kullanırsansa da, AYO-çulara öz qərarın haqqında bir email dəvəti atmalısan”.

Elmin HƏSƏNLİ
# 1909 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news