AYO-çular Kamal Abdulla ilə görüşdü - FOTO

AYO-çular Kamal Abdulla ilə görüşdü - FOTO
calendar 6 iyun 2011
clock 14:32
Azad Yazarlar Ocağının (AYO) üzvləri yazıçı Kamal Abdulla ilə görüşəcək. Bu haqda Kulis.az-a AYO-nun başqanı Aqşin Yenisey məlumat verib.

A.Yenisey bildirib ki, AYO-çuların təşəbbüsü keçiriləcək görüş iyunun 4-də “Kitab klubu”da baş tutacaq.

Görüşdə Kamal Abdullanın yeni çapdan çıxmış “Unutmağa kimsə yox” romanı ətrafında müzakirələr aparılacaq.

“AYO haqda belə bir ictimai rəy var ki, özümüz yazıb özümüz oxuyuruq. Bu yazıçıların birləşdiyi təşkilat üçün yaxşı imic deyil. Bu formul daha çox AYB-ə yaxındır ki, özləri yazıb özləri oxuyur. Biz bundan sonra belə görüşlər keçirib kitab müzakirələri aparmaq qərarına gəlmişik. Qoy cəmiyyət görsün ki, biz təkcə öz yazdıqlarımızı oxumuruq. Əlbəttə, hər kəslə görüşməyəcəyik. Öz keyfiyyətləri ilə ədəbi gəncliyə yaxın olan yazıçılarlar görüşəcəyik” - Aqşin Yenisey belə deyib.

Onun sözlərinə görə, növbədə xalq yazıçısı Əkrəm Əylisli var: “Əkrəm Əylisinin yeni kitabı çıxmalıdır. Biz bu kitabın da müzakirəsini aparmağı planlaşdırırıq”.

A.Yenisey deyib ki, belə görüşlər AYO-nun tutduğu sərt mövqeyə təsir etməyəcək: “Bizim kimlərlə problemimiz var idisə, onu həll etmişik. Azərbaycan ədəbiyyatı yeni mərhələyə qədəm qoyub. Azərbaycan ədəbiyyatında atalar-oğullar problemi artıq bitib. Bizim keçirəcəyimiz bu görüşlər yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.


Elmin HƏSƏNLİ
# 1773 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news