Yazıçılar Birliyində intihar

Yazıçılar Birliyində intihar
calendar 7 iyun 2011
clock 02:00
Yazıçı Anar müavini Fikrət Qoca ilə bir gün Yazıçılar Birliyində dərdləşir:
- Fikrət, ürəyimə damıb ki, bu qurultayda məni sədr seçməyəcəklər, əgər belə bir faciə üz versə, sən nə edəcəksən?
- Anar müəllim, birincisi, Allah bunu bizə göstərməsin, işdi göstərsə, mən artıq qərarımı vermişəm.
- O nə qərardı elə?
- İntihar edəcəyəm, Heminquey kimi özümü tüfənglə vuracağam.
- Mən biləni, sənin tüfəngin yoxdu axı.
- Danışmışam, Vaqif Səmədoğluda atasındanqalma bir qoşalülə var. Vaqif deyir, nə vaxt istədin, gəl, götür, intihar et, amma bu şərtlə ki, intihar edəndən sonra tüfəngi gətir hardan götürmüsən, ordan as. Mən qapı-qapı düşüb tüfəng axtaran deyiləm.

Şərif Ağayar və yol polisi

Yazıçı Şərif Ağayar təzə-təzə maşın sürməyə başlayanda yol polisi onu saxlayır.
- Siz yol hərəkət qaydalarını pozmusunuz, cərimə yazacağıq.
- Başa salın, hansı qaydanı pozmuşam?
- Siz qoşa xəttin üstündən keçmisiniz.
Yazıçı mat-mat polisin üzünə baxır:
- Sizcə, nə etməliydim, qaldırıb altından keçməliydim?

Yuxusuzluğun sirri

Qan Turalı bir gün Aqşin Yeniseyə yuxusuzluqdan şikayətlənir:
- Bütün gecəni yata bilməmişəm, bilmirəm nədəndir.
- Bəlkə, nəsə mədənə ağırlıq verən bir şey yemisən?
- Yox, sadəcə, bir az kofe içmişəm.
- Bir az, yəni konkret nə qədər?
- Yeddi-səkkiz fincan...
- Rəhmətliyin nəvəsi, sən kofe içməmisən e, kofeylə pivələmisən...
# 1126 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news