“Rüstəm İbrahimbəyova zəng çatmır”

“Rüstəm İbrahimbəyova zəng çatmır”
calendar 6 aprel 2011
clock 11:27
May ayınının 28-ində Milli Kitab Müsabiqəsinə qalibləri açıqlanacaq.
Bu zamana qədər isə münsiflər ekspertlərin seçdiyi on ən yaxşı əsəri oxuyub rəylərini Təşkilat Komitəsinə verməlidirlər.
Bu proseslə maraqlanmaq üçün Milli Kitab Mükafatının təşkilat komitəsinin rəhbəri Nigar Köçərli ilə danışdıq.
Nigar Köçərli Kulis.az-a açıqlamasında bildirib ki, əsərlər münsiflərə paylanıb, oxunmalar başlanıb, yalnız Rüstəm İbrahimbəyov Azərbaycanda olmadığından telefonuna zəng çatmır. Biz ona kitab çatdıra bilməmişik. Bu il seçim çox şəffaf keçəcək, hər bir münsifdən həmin 10 əsər barədə rəy öyrənib mətbuata da çıxara bilərsiniz ”.

Nigar xanım Natiq Rəsulzadə Paşa Qəlbinurun münsiflər arasında lobbiçilik fəaliyyəti aparması haqda sualı da cavablandırıb:

“Çox pis baxıram bu işlərə, hətta münsiflərə xəbərdarlıq da etmişəm ki, kiminsə tapşırıldığını eşitsəm həm tapşırılan, həm də kimə tapşırılıbsa hər ikisi müsabiqədən kənarlaşdırılacaq. 20-lik, sonra 10-luq olanda da ekspertlərə təsir göstərməyə çalışanlar vardı. Onlar da real iş gördülər, 10-luq ən yaxşı əsərlərdən ibarət oldu. Güman edirəm ki, bu obyektivliyi sona qədər apara bilərik ”.

Nigar Köçərlinin sözlərinə görə sabahdam Milli Kitab Mükafatının saytında (mkm.az) saytında onluğa düşən əsərlərin hərəsindən bir-neçə hissə səsverməyə buraxılacaq. Hansı əsər qalib olsa ona xüsusi mükafat təyin olunacaq. Təbii ki, bunun münsiflərin işinə təsiri olmayacaq ”.

Ramilə Qurbanlı
# 1564 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news