Dostoyevskinin Yeniyetmə romanı dilimizdə İLK DƏFƏ

Dostoyevskinin Yeniyetmə romanı dilimizdə İLK DƏFƏ
calendar 8 iyun 2011
clock 10:33
“Qanun” nəşriyyatının verdiyi məlumata görə, “klassiklər seriyası”ndan daha bir kitab işıq üzü görüb. Bu Dostoyevskinin “Yeniyetmə” romanıdır və ilk dəfədir dilimizə çevrilib.

Məmməd Qocayevin tərcümə etdiyi roman həm də Dostoyevski dühasının siqlətini, insan psixologiyasının gizlinlərini duymaq baxımından çox maraqlıdır.

“…Biz artıq çöl qapısına çatmışdıq, mənsə elə hey onun ardınca gedirdim. O, qapını açdı; ani olaraq içəri dolan külək şamımı söndürdü. Bu vaxt birdən əlindən yapışdım; lap qaranlıq idi. O diksindi, amma susurdu. Əlinə sarı əyildim, qəfildən əlini hərisliklə öpməyə başladım, bir neçə dəfə, çoxlu-çoxlu öpdüm…”

Dünya ədəbiyyatının nəhəng simalarında olan Fyodor Dostoyevskinin məşhur “Yeniyetmə” romanı İnsan sevgisinin intizarında olan, həyatda ilk sərbəst addımlarını atmağa çalışan gəncin könül çırpıntıları haqqında kədər və ehtiras dolu hekayətdir.

1000 tirajla çap olunan 608 səhifəlik kitabın qiyməti 9 AZN-dir.
# 1538 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news