Markesi Ermənistana çağırırlar

Markesi Ermənistana çağırırlar
calendar 14 iyun 2011
clock 09:00
Facebook sosial şəbəkəsində yaradılan “Markesi Ermənistana dəvət edək” təşəbbüs qrupunun üzvləri Kolumbiyalı dünya şöhrətli yazıçı, Nobel laureatlı Qabriel Qarsiya Markesi Ermənistana dəvət etməsi üçün adıçəkilən ölkənin mədəniyyət nazirinə məktub yollayıb.

Kulis.az “Ponorama.am”a istinadən bildirir ki, onlar bu məktubu YUNESKO-nun qərarını nəzərə alaraq yazıblar. Ermənistanın 2012-ci ildə “Dünya Kitab Mərkəzi” olacağını bildirən təşəbbüskarlar bu səbəbdən dünya şöhrətli yazıçını İrəvana dəvət etməyin mümkün olacağını önə çəkiblər. \"Bu yalnız bizim arzumuz deyil, bizim təşəbbüsü dəstəkləyənlərin sayı artıq 2,5 min nəfəri ötüb\" deyə bildirən məktub müəllifləri həm də əlavə ediblər ki, yazıçı dəvəti qəbul etsə, onlar ən xırda detalların belə nəzərə alındığı səfər proqramını hazırlamağı və bütün başqa detalları – həmçinin səfərin xərclərini öz üzərinə götürə bilərlər.

Ermənistan Mədəniyyət Nazirliyinin İctimaiyyətlə Əlaqələr Deportamentinin sədri Qayane Durqaryan belə bir təşəbbüsdən xəbərsiz olduqlarını və heç bir təklif almadıqlarını bildirib. Markesin Ermənistana dəvət olunmasına gəlincə isə o bildirib ki, təklif əlimizə çatanda nazirlik bunu dəyərləndirə bilər. “Nəzərə almaq lazımdır ki, Markes dünənin uşağı deyil” deyə o əlavə edib.
# 816 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news