Azad Qaradərəli: Eldar Baxışın ad gününə

Azad Qaradərəli: Eldar Baxışın ad gününə
calendar 24 iyun 2011
clock 08:00
Eldar möcüzə idi. Poeziyasıyla, publisistikasıyla, yeyib-içməyiylə, yeriməyiylə, adicə həyat tərziylə. Məsələn, dostunun qızının şəxsiyyət vəsiqəsi almasını bayram kimi qeyd etməsini təkid edirdi və fəhlə dostunu buna inandırırdı – müstəqil ölkənin vətəndaşının pasport alması elə bayramıdı də!

Yaxud, o qızının soyadını elə özü kimi Baxış yazdırmışdı və hamıya da milli soyad götürməyi məsləhət görürdü – elə bil tələsirdi, ürəyinə dammışdı ki, bunu sonralar qulaqardına vuracaqlar…

Eldar özgür şair idi. Hamının şairi olmasa da, hamıların sevgisini qazanmışdı:

Anam deyir ki,
Allah hamının Allahıdı –
yaxşının, pisin,
əyrinin, düzün
namərdin, mərdin…

…Allah hamının Allahıdı,
Ancaq mən
Hamının şairi
Ola bilmədim, ana…

Eldar verilişin təsdiqinə qol çəkən yerdə müavininə yer qalmazdı. Eldar söz deyən məclisdə hələm-hələm adam danışmağa ürək eləməzdi. Eldar ilk dəfə şeirə ünvan, ad gətirdi – katibə (“Ala-bula adam”), prezidentə (“Məktub”) yazdığı şeirlərdə sözünü düz-düzünəqulu deməkdən çəkinmədi. O yazırdı: “Venesuellada Sessar Valexonun sözünün başına döyürdülər, Fransada özünün başına, ancaq o, sözünün başına döyülən yerdən qaçıb, özünün başına döyülən yerdə yaşayıb, şair özünün başına döyülən yerdə yaşaya bilər, sözünün başına döyülən yerdə yox!

…Mənə görə, sözüqıpıq olunca, gözüqıpıq olmaq yaxşıdır”

Eldar Vətəni evindən, anasından, balasından çox istədi. Vətənsə ona bircə qarış yer qıydı. Bu da onun sözüdü:

Ay özgələr, heyyyyy!
Ay özümüzünkülər, heyyy!
Bu milləti qırın ki, çoxalsın,
Bu milləti döyün ki, ayılsın,
Bu milləti öldürün ki, dirilsin,
qırın, köpək uşağı,
döyün, köpək uşağı,
öldürün...

Öldürdülər. Eldarlar olacaqmı, çoxalacaqmı?

Ad günün mübarək, qardaş! Bağışla, çörək davası bir gün dincə qoydu bu yazını...
# 1136 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news