Akademik Mirzə Ələkbər Sabirə nəzirə yazdı - Mətn

Akademik Mirzə Ələkbər Sabirə nəzirə yazdı - Mətn
calendar 10 aprel 2020
clock 15:44

Kulis.az akademik Teymur Kərimlinin Mirzə Ələkbər Sabirə yazdığı nəzirəni təqdim edir.

Ağlama!

Ağladıqca kişi qeyrətsiz olur...
(Mirzə Ələkbər Sabir)

Neyçün itirdin özünü, ağlama!
Sən kişisən, sil gözünü, ağlama!

Türkün atı kişnəsə, başlar savaş!
Keçmişə boylan, dərə keç, dağlar aş!
Kəlləbəkəllə yağıya, başbabaş
Göstərə gör zor gücünü, ağlama!
Sən kişisən, sil gözünü, ağlama!

Var qürurun, sən ki bəşərsən, düşün!
Gözdən axıb çünki düşərsən, düşün!
Ər kimi davran, kişi, ərsən, düşün!
Əzbər elə ər sözünü, ağlama!
Sən kişisən, sil gözünü, ağlama!

Sən gül, o, biz, mən də gülüm, boşca ver!
Sönsə, alışmazmı külüm? Boşca ver!
Kimsə sənə yazsa ölüm, boşca ver,
Silgini al, poz yazını, ağlama!
Sən kişisən, sil gözünü, ağlama!

Türk igidi Tanrı deyibdir sənə!
Gör nə qədər zərbə dəyibdir sənə?!
Tarix özü naz eləyibdir sənə;
Kim çəkəcəkdir nazını, ağlama!
Sən kişisən, sil gözünü, ağlama!

Vurma qulaq ardına Teymur sözün,
Gör nə dəyişmiş bu cahan, aç gözün!
Keçdi gecə, indi gəlir gündüzün;
Qarşıla dan-gündüzünü, ağlama!
Sən kişisən, sil gözünü, ağlama!

# 3882 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news