Baxma naşı-naşı mənə... – Günün şeiri

Baxma naşı-naşı mənə... – Günün şeiri
calendar 6 fevral 2020
clock 10:32

Bu gün mərhum şair Şaiq Vəlinin anım gündür. Kulis.az bu münasibətlə onun “Meyxanəçi” şeirini təqdim edir.

Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, meyxanəçi!

Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?..
Elə hey xaç bildiyin sənin
Hac, Hac, meyxanəçi!

Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? -
Köç, köç, meyxanəçi!

Baxma naşı-naşı mənə,
Mey gətir - söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, meyxanəçi!

Cahil əllərində aşiq başları -
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, meyxanəçi!

Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım? -
Puç, puç, meyxanəçi!

# 2401 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news