İsmayıl Şıxlının ilk və son şeiri - Mətn

İsmayıl Şıxlının ilk və son şeiri - Mətn
calendar 26 yanvar 2020
clock 12:01

İsmayıl Şıxlı həyatı boyu cəmi bir şeir yazıb. Nə qədər axtarsaq da, həmin şeiri əldə edə bilmirdik. Təsadüfən Aşıq Ədalət haqqında tərtib olunan “Könül dastanı” şeirlər kitabında İsmayıl Şıxlının bu şeiri ilə rastlaşdıq. Şeirin həmin şeir olduğunu dəqiq təyin edə bilməsək də, hər halda təqdim etdiyimiz nümunə İsmayıl Şıxlının əlimizdə olan ilk və son şeiridir.

Kulis.az “Bazar oxusu” layihəsində İsmayıl Şıxlının aşıq Ədalət Nəsibova yazdığı “A dünya” şeirini təqdim edir.

Səndə neçə möcüzə var deyirlər,
Ən alisi Ədalətdi, a dünya.
Günəş batsa, “Kərəmi”nin alovu
Yerə-göyə kifayətdi, a dünya.

Şah pərdədə dilə gəlir o sirlər,
Sərraf görüb yel kimicə əsirlər.
Ədalətin sazındakı sehirlər,
Sevən qəlbə səadətdi, a dünya.

Xəyal yenə nə tez uçdu uzağa,
Vurğun məni vurğun edib Qazağa.
Şıxlı çıxan o müqəddəs ocağa
Nə vaxt getsəm, ziyarətdi, a dünya.

Haray baxır bu varlığa, vəhdətə,
Alqış deyir o ilahi qüdrətə.
Möcüzəli sənətkara, sənətə
Səcdə etmək sədaqətdi, a dünya.

# 7211 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news