Nə pismiş sevgisiz böyüklük – Şəhriyardan yeni şeirlər

Nə pismiş sevgisiz böyüklük – Şəhriyardan yeni şeirlər
calendar 27 yanvar 2020
clock 11:00

***

Kimə durub danışsam, inanmaz
nəfəsinin təzə çörək ətrini.
Bərəkət - sənlə keçən ömürmüş,
Səfalət - yoxdu xəbər-ətərin.

Danışacam, deyəcəklər, buna bax
elə bil, dünənki uşaqdı.
Nə pismiş sevgisiz böyüklük,
nə xoşmuş sevgili uşaqlıq.

Günəşi doğacaq səhərin,
bir azdan - sən olan şəhərin.
Vətənin sən olan yerlərin
adına deyilir - uzaqlıq...

25 yanvar 2020, Kiyev

***

Elə nigaranam - səndən nigaran,

yaşaram ömürdən-gündən nigaran.

Qayğına qalıram öz aləmimdə,

nə vaxt soyuqlasan, çay dəmləyirəm.

Ürəyim əlimdə, canım əlimdə

yanına gəlirəm, gülümsəyirəm.

Deyirəm, "Darıxma yaxşı olacaq..."

Yaxşı olmayacaq, özün bilirsən,

sən özün bilirsən necə olacaq...

Sən özün bilirsən necə olacaq,

zalımın zülmü çox, məzlumun ahı.

Sən özün bilirsən necə olacaq,

kimin boynunadı kimin günahı.

Mən sənin üstünə günah almaram,

nə qədər istəsən,

neçə istəsən

mən özüm yanaram necə istəsən,

heç bircə tikə də sənə qalmaram.

Eh... sənə bu qədər uzaq olunca,

günəşə su qədər uzaq olunca,

gedib dayanaram külək tərəfdə,

saçını öpərəm külək tərəfdən.

Beş-on xatirəyə ümid olmaram.

Sən necə istəsən,

hardan istəsən

yadına düşərəm haçan istəsən.

Mən belə sevirəm, unudulmaram...

# 4791 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news