Bakıda Mərakeşin milli bayramı qeyd olundu

Bakıda Mərakeşin milli bayramı qeyd olundu
calendar 31 iyul 2024
clock 10:07

İyulun 30-da Bakıda Mərakeş Krallığının milli bayramı - Taxt-Tac Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdə qazandığı uğurlar barədə danışıb.

Diplomat qeyd edib ki, Mərakeş bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-da məmnuniyyətlə təmsil olunacaq.

Mərasimdə Azərbaycan Hökuməti adından çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.

Qeyd olunub ki, iki ölkənin rəhbərləri arasında olan səmimi münasibətlər Azərbaycan-Mərakeş əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq ildən-ilə dərinləşir.

# 747 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news