Elxan Elatlı çətinliklə dolanır – Rasim Qaraca yazır…

Elxan Elatlı, yazıçı

Elxan Elatlı, yazıçı

calendar 29 noyabr 2021
clock 18:20

“Maraqlıdır ki, nə ona heyran olan oxucular, nə haqqında parıltılı sözlər yazan jurnalistlər yazıçının gerçək həyatı ilə maraqlanıb”.

Kulis.az xəbər verir ki, bu sözləri Rasim Qaraca sosial şəbəkə hesabında tanınmış yazıçı Elxan Elatlı haqqında deyib. Paylaşımı sizə təqdim edirik:

“Gəncə Kitab Sərgisinə Azərbaycanın ən çox oxunan yazarı Elxan Elatlı da gəlmişdi. Axşam yeməyi sırasında təsadüfən eyni masada oturduq və bu son dərəcə səmimi insanla ilk dəfə söhbət edəsi olduq. Əvvəllər mənə təkəbbürlü birisi kimi görünmüşdü, daha öncələr kitab sərgilərində rastlaşsaq da yaxından tanış olmağa maraq göstərməmişdim. Həmin axşam bu gözəl insanı söhbətə tutdum, dolayı yolla da olsa kitablarından gələn gəlirlə necə dolandığını soruşdum. Danışdıqları məni heyrətə gətirdi. Sən demə kitabları ən çox satılan yazarımız çətinliklə dolanırmış, 27 romanının heç birinin hüquqları özündə deyil, bütün kitablarının hüququnu ehtiyac üzündən hanısa bir nəşriyyata kiçik məbləğə satıb. İndi maddi vəziyyətini düzəltməkdən ötrü daim yeni romanlar yazmalıdır. Bir romanı yazmaqdan ötrü isə ona 1 il vaxt lazımdır. Bu nədir, taleyin ironiyasıdırmı, 27 roman yazan, minlərlə oxucusu tərəfindən sevilən yazarımız öz problemləri ilə baş-başadır və onu gerçəkdən duyan bir insan belə yoxdur...”.

# 5256 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news