"Gələcək onu ölümə tərk edəcək" - Aqşin Yenisey

"Gələcək onu ölümə tərk edəcək" - Aqşin Yenisey
calendar 24 iyul 2024
clock 11:18

“...türk mənbələrindən qidalanıb ciddi fikir yiyəsi olmaq, idrak ağacının meyvələrin dərib dadına baxmaq bir yana qalsın, idrak ağacına yaxınlaşmaq belə qeyri-mümkündür. Türklərdən ancaq yaxşı artistliyi öyrənmək olar”.

Bu sözləri bir müddətdir Azərbaycan dilinin türk dilinin təsirinə düşməsi ilə mübarizə aparan Seymur Baycan “Artistlər ordusu haqqında” adlı yeni essesində yazıb.
Kulis.az Aqşin Yeniseyin bu fikrə münasibətini təqdim edir.

"Anadolu türkcəsinə tərcümə olunmuş kitablara "türk mənbələri" demək gülünc yanaşmadır. Bu gün Azərbaycanla sərhəd olan ölkələr arasında heç bir ölkənin kitab bazarı Türkiyənin kitab bazarı ilə rəqabət aparmaq iqtidarında deyil. "Mədəni güc" Anadolu türkcəsindədir. Çağın elmi, texnoloji, fəlsəfi prosesi Anadolu türkcəsi vasitəsilə ötürülür Azərbaycana. Səməd Vurğunun, Cəlil Məmmədquluzadənin dili, bu çağın şərtləriylə yanaşdıqda, artıq "ölü dildir". Siz bu dildə, məsələn, strukturalizm, poststrukturalizm haqqında ancaq ümumi sözlərlə danışa, yaza bilərsiniz. Dilimiz yeni mənbələrdən qidalanmasa, quruyub məhv olacaq. Bu yeni mənbələrin ən əlçatanı isə Anadolu türkcəsinə tərcümə olunmuş dünya mədəniyyətidir. Sənaye inqilabından sonra dilin inkişafı filoloji amillərdən asılılığını itirib, elmi-texnoloji amillərdən asılı vəziyyətə düşdü. Azərbaycan dili özünün XX əsrdə düçar edildiyi folklorik “nənəmnehrəliyindən” imtina etməsə, gələcək nəsillərimiz özləri onu ölümə tərk edəcək..."

# 1474 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news