"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey
calendar 18 sentyabr 2024
clock 10:10

Kulis.az Aqşin Yeniseyin "Çörək və mətn" yazısını təqdim edir.


Sənət nəzəriyyələrinin heç birində çörək məsələsinə toxunulmur.

Məsələn, yazılmır ki, romantizmdə babat çörək var. Yaxud sürrealizm çörəksiz sənətdir.

Hətta "sənət xalq üçündür" deyən kommunistlər belə çörəyi öz sənətçilərinə gizli yolla verirdilər ki, xalq görməsin.

Nəzəriyyə üçün sənət adamı çörək yeməyən adamdır. Heç bir nəzəriyyədə sənət və çörək sözlərini yanaşı görə bilməzsiniz.

Çörək olan yerdə sənət yoxdur, sənət olan yerdə çörək.

Sənət adamının əli çörəyə çatıbsa, bu, o deməkdir ki, o, sənətə aid olan azadlığın ərazilərindən satıb. Biz sənət adamının nə qədər azad olduğunu bilmədiyimiz ki, bu ərazilərdən nə qədər satdığını da bilmirik.

Çörək əsl sənət adamı üçün ürəkbulandıran milçəkdir. Diqqətini yaradıcılıqdan yayındıran iyrənc bir qəmbərquludur.

Oxucularının öpüb alnına qoyduqları çörəyi şair üstünə tüpürüb yeyir!

# 1694 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news