Quşlar himn oxuyur – Mina Rəşidin şeirləri

Quşlar himn oxuyur – <span style="color:red;">Mina Rəşidin şeirləri
calendar 24 yanvar 2018
clock 14:15

Kulis.az Mina Rəşidin yeni şeirlərini təqdim edir.

QUŞLAR HİMN OXUYUR

Yuxudan oyanıb görəm

Bir möcüzə baş verib.

Görəm qapımın ağzına

Çiçəklər xalı sərib.

Dörd bir tərəf ağaclardı

Quşlar himn oxuyur.

Dünya elə qəribədi

Hava çox xoş qoxulu...

Tut tökülür ot üstünə

Uşaqlar, quşlar yeyir.

Tut satan qonşu yox, deyə

Anam dua eyləyir...

MƏN HƏRDƏN ELƏ UÇARAM...

Tikanları qəlbə batan

Çiçəkdən tac hörmədim.

Bu dünya dörd divar imiş

O üzünü görmədim.

Dörd divarın arasından

Boylandım günə, aya.

Yerlə göyün arasında

Dəyişmədi heç dünya.

Çox sevirəm göyüzünü

Uçan quşa baxdım, hey...

Dörd divarın arasından

Gün üzünə çıxdım, hey!..

Adam var qızıl libasda

Ağırlıqdan heç uçmaz.

Mən hərdən elə uçaram

Bu dünya da, baş açmaz...

BU YERDƏ HAMI BİRDİ

Bir-birinə oxşayır

Bu yerdə hamı birdi.

Mənim oxşarım yoxdu

Görəsən bu nə sirdi?

Kim axına qoşulmur

Bəlkə yıxılıb ölsün?!

Mənim gözəl dünyam var!

Bu adamlar nə bilsin...

Image result for mina rəşid

# 2371 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news