Xalq şairi hökmə etiraz etdi: "Qəti razı deyiləm!"

Xalq şairi hökmə etiraz etdi: <span style="color:red;">"Qəti razı deyiləm!"
calendar 14 dekabr 2017
clock 16:37

Xalq şairi Fikrət Qoca oğlu Yalçın Qocanın qatillərinə verilən cəza ilə razılaşmadığını bildirib.

Kulis.az-a açıqlamasında şair bu cəzanın az olduğunu söyləyib. "Onlara, prokurorun istədiyi kimi 19 il iş verməli idilər. Təsadüfən belə adam öldürmək olar? Bu cinayət ehtiyatsızlıqdan olmayıb. Qərarla qəti şəkildə razı deyiləm” – deyə o, açıqlamasında söyləyib.

F.Qoca hökmlə bağlı apellyasiya şikayəti verilib-verilməyəcəyi barədə bir söz deməyib: "Bu, sonrakı işdir."

Xatırladaq ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə E. Nehmətovun Y. Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib.

Buna görə də onun ittiham olunduğu maddə qəsdən adam öldürmə maddəsinə tövsif edilib.

Hökmə əsasən, E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

# 974 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news