Ata itkisi

Ata itkisi
calendar 9 aprel 2014
clock 10:38

Kulis.Az gənc şair Anar Məcidzadənin şeirlərini təqdim edir.

Ata itkisi

Bu dünyada nə qədər,

Ölüm, itim olarmış.

Dünən atalı olan,

Bu gün yetim olarmış.

Yoxdur atam dünyada,

O, arxamda dağ idi.

Sevinirdim, gülürdüm,

Nə qədər ki sağ idi.

Gör mən nəyi sayırdım,

Fələk də nə sayırmış.

İlahi, vaxtsız ölüm,

Ataya da qıyarmış.

Toyumu görmək idi,

Sənin arzu, muradın.

Sən getsən də ay ata,

Unudulmazdır adın.

Bahar gəlmişdi yurda,

Baharım qışa döndü.

Bu gənc, cavan yaşımda,

Gözlərim yaşa döndü.

Heç kəs əvəz eyləməz,

Nə atanı, ananı.

Ömür boyu bizlərə,

Candan artıq yananı.

Sən öldün, ömrümüzdə,

Soldu çiçək, bənövşə.

Qəlbimdəsən ay ata,

Bu dünyada həmişə.

Sən arif ol, düz yaşa

Sən çoxda ki fikir vermə fələyə,

Tale bir cürə pay verir hərəyə.

Çalış uyma bu dünyada kələyə,

Sən arif ol, məğrur yaşa, düz yaşa.

Bu dünyanın satqını var, mərdi var,

Dözülməyən, çözülməyən dərdi var.

Həyatında qarşımızda şərti var,

Sən arif ol, məğrur yaşa, düz yaşa.

Görən nədir bu dünyanın oyunu,

Səhv salıbdır canavarla qoyunu.

Əməlinlə ucalt adı, soyunu,

Sən arif ol, məğrur yaşa, düz yaşa.

Bu dünyada hər insandan iz qalar,

Xalqına Anardan şeir, söz qalar.

Əyri gedər, ömür boyu düz qalar,

Sən arif ol, məğrur yaşa, düz yaşa.

# 17966 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news