Unut getsin

Unut getsin
calendar 6 aprel 2015
clock 14:33

Kulis gənc şair Saqif Zeynalın yeni şeirlərini təqdim edir.

Yağışdan sonra

Burda yağışdan sonra

Yolların çalasına qarmaq sallayar uşaqlar...

Yüklü qayıq kimi

Batar baxışları çirkli yağış sularında...

Qarğıları at kimi minib

Evə çaparlar kor-peşman,

Əllərində boş qablar...

Axşam yuxuda özlərinə balıq bişirər

Əri işsiz arvadlar...

Bir sevda qalıq...

Böldülər ikiyə bizi.

Birimiz şimal olduq,

Birimiz cənub.

Biz ki, ayrılmazdıq heç...

Ayrılmadıq yox!

Sən məndə çox qaldın,

Mən səndə daha çox...

İllər yara saldı ürəyimizə,

Neçə milyon göz yaşardı yaramızda.

Biz heç vaxtı tam bölünmədik

Həmişə bir sevda qalıq qaldı aramızda...

Biri göyümüzü tökdü,

Biri yerimizi sökdü.

Taleyimiz bir sapsız iynəyə qaldı.

Aramızda olan sevgi

Xudafərin körpüsütək

Göynəyə-göynəyə qaldı...

Yağmurlu mesaj

Mart axşamı,

Yağmurlu bir gecə.

Ara-sıra qapını

Külək döyür gizlicə...

Qapının dəstəyində

Bir isti əl yeri yatır.

Hörümçək evin küncündən

Tavanına tor atır...

Həyətdə bir ağac var

Kürdücə çiçək açır.

Titrəyir dodaqları.

Bilir meyvə verincə

Sınacaq budaqları...

İslaq torpaq qoxusu var,

Nəcə də gözəldi torpaq qoxusu!

Bu qədər hiss etməmişdim heç...

Gecə başdan-başa hicran qoxuyur.

Anam yolladığı çaydan bayaqdan

Sobanın üstündə mahnı oxuyur:

"Unut onu,

Unut getsin..."

Pəncərənin tərli,

Şüşə sinəsylə sürünür

Soyuq yağış damlaları.

Bu gecə ən çox xatırlayacam

Ən çox unutduğum adamları...

Mart axşamı,

Yağmurlu bir gecə.

Sənə mesaj yazıram...

Oxuyarsan səssizcə.

# 1066 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
Norma
Norma
menu pen all_news