Tfu sənə!

Tfu sənə!
calendar 16 iyul 2014
clock 12:13

Kulis.Az gənc şairə Leyla Nənənin yeni şeirlərini təqdim edir.

Adam corabının qoxusuyla necə doğmalaşarsa –

tək olar, kefsiz olar,

elə evə gəldiyi kimi də corablarıyla yatarsa günlərlə

bax, elə doğmalaşmışdın mənə,

corablarım kimi

tək idim, kefsiz idim,

elə gördüyüm kimi də öyrəşmişdim sənə

daha çox, daha çox istəyirdim

eşidib görməyi,

getdiyin yollarla getdim, danışdığın yerlərə getdim

görüb eşitmək üçün

amma mən oralara çatanda, sən artıq

get

miş

din.

Hətta bir dəfə

avtobusla getdin

qaçıb minmək istədim

qapılar bağlandı, heç nə yox, kaş pəncərə tərəfə oturardın

axmaq kimi gedib ortada ayaq üstə dayandın

tfu sənə!

mənsə velosipedlə yolun ortasında

arxada

qaldım

görmədin

***

Adamın içi sızlayar ha,

burnunun ucu göynəyər

boğazı ağırlaşar – rahat udquna bilmək üçün

mübarizə aparar, gözləri yaşarar ha,

necə deyim - kirpikləri nəm olar

yuxuya doymayan körpə kimi,

ad verməyə çalışar ha halına – mən deyim ''həsrətli''

sən de ''küskün, təlaşlı, qorxaq''

və sairə və bənzəri,

eləyəm indi, əzizim, eləyəm.

bəs sən, sən necəsən?

mən deyim "yaxşı", sən de, ''sənin kimi''

heç olmasa halıma "tənha" adı verməyim.

***

Anam nənəmi çimizdirirdi

birinci suyu tökürdü,

sabunlayırdı,

sonra su tökürdü yenə

köpüklü su tökülürdü nənəmin

büzüşmüş dəriylə örtülmüş kürəyindən

dərisinin içindəki nənəm

halsız idi,

bədənindən süzülən köpüklər kimi.

sonra kisələyirdi nənəmi anam,

bədənindən çirki tökülürdü dənə-dənə

ömrü kimi.

Sonra nənəm öldü,

kisə qurudu,

su kəsildi...

Yenə su gəlir bizə,

anam çimmək istəyir...

# 2628 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news