Cavidin qəhvəsi

Cavidin qəhvəsi
calendar 9 iyul 2015
clock 12:02

Bizə həmişə böyük sevgiləri böyük və təntənəli sözlərlə anladıblar.

Bir yazıçı haqda danışanda “böyük”, “ölməz”, “möhtəşəm”, “klassik” sözlərini işlədiblər.

Lakin şeytan təfərrüatda gizlənir.

Bəzən xırda bir detal belə insan haqda o gərəksiz epitetlərin arxasında gizlənmiş həqiqətləri aça bilər.

Hüseyn Cavid haqda bir əhvalat yazacağam.

Cavid iri bir stəkanda qəhvə içib sonra yazmağa başlayarmış.

Həmişə maxorka çəksə də (kağıza bükülüb çəkilən tütün) yazı prosesi zamanı diqqəti dağılmasın deyə hazır siqaret çəkirmiş.

İndi o gecəyə gedək.

3 iyun, 1937.

Mişkinaz xanımdan dinləyək:

Cavid işləyirdi, uşaqlar yatmışdılar. Mən həmişəkindən tez - saat 11-də keçdim yataq otağına. Bir qədər sonra Cavid qapını açıb dedi: “Yatmısan?”

- Yox, nə lazımdı?

- Heç elə bildim yatağına girməmisən. Qəhvə istəyirdim.

Mən qalxdım ki, geyinim. Qoymadı:

- Özüm bişirərəm. Sən yat.

Çox vaxt qəhvə qabını qoyardım bufetin üstünə, gecələr işləyəndə özü bişirərdi.

Bu gecə adi gecələrdən deyildi. Bir azdan qapı döyüləcəkdi. Və faciələr başlayacaqdı.

Cavid qapını açıb ömrümdə eşitmədiyim narahat bir səslə: “Qalx geyin”, - dedi. Qapının arasından baxıb tanımadığım adamlar gördüm. Aman Allah, bunlar kimdi?

Qapını açıb bu biri otağa keçəndə birinci bufetin üstünə baxdım ki, görüm qəhvə qabı ordadırmı, Cavid qəhvə bişiribmi? Qəhvə qabı orda yox idi. Bu da mənə bir nisgil oldu. Niyə özüm durub qəhvə bişirmədim.

O vaxtdan indiyənədək bir dəfə də olsa qəhvə içməmişəm. Baxmayaraq ki, özüm qəhvə xoşlayanam.

Siz, heç qəhvədən vaz keçdinizmi?

* Yazıdakı faktlar Rəfael Hüseynovun “Vaxtdan uca” kitabından götürülüb.

# 1138 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news