YENƏ O ÇAĞ OLAYDI...

YENƏ O ÇAĞ OLAYDI...
calendar 21 fevral 2013
clock 13:23

EYNULLA MÜSLÜM

YENƏ O ÇAĞ OLAYDI...

Yenə o çağ olaydı,

Yenə yığışaraq siz-

Qəbuluma gələydiz...

Mən də baxıb damara,

Qanınızı soraydım-

Sizdən rüşvət alaydım.

Yenə o çağ olaydı,

Yenə o kefli əyyam...

Kaş çin olaydı röyyam.

Böyük bir iclas qurub

Boş yerə danışaydım,

Kürsüdə alışaydım.

Yenə o çağ olaydı,

Yadıma daş düşəydi.

Sözümə söz deyənin

Başına daş salaydım,

Yenə rəhbər olaydım.

Yenə o çağ olaydı,

Yenə o kefli əyyam

Katibə bitirəydi-

“ Ruhun ehtiyacını”

Unudaydım acını.

Yenə o çağ olaydı,

Qayıdaydı sovetlər

Qoruyaydı qapımı

Milli sayılan itlər.

Mən də çəkib özümü

Pələng kimi duraydım,

Fərəhdən quduraydım.

Arzuya bax, ay Allah!

Bir-birindən incəmi?!

Görəsən bu arzular

Xalqın ürəyincəmi?!

17.07.1992.

# 1705 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news