Ceyms Coysun şeirləri

Ceyms Coysun şeirləri
calendar 27 aprel 2016
clock 11:52

Kulis.az Ceyms Coysun şeirlərini təqdim edir.

Təklikdə

Gecəni duvağa döndərir

Ayın qızılı-boz tülləri,

Yatmış gölün işıldayan səthində

Sürünür sarısalxım tükcükləri.

Tülkü qamışlar gecəyə bir ad pıçıldayır...

Bu, onun adıdır...

Könlüm isə xumarlanıb qəşş eləyir,

Yaman utanıbdı.

Ba! Oğlan

(Bu şeiri C.Coys "Nəvəsinin doğulması və ardınca tezliklə atasının ölümü münasibəti ilə" yazıb)

Qaranlıq keçmişdən

Uşaq doğuldu;

Sevinc və qüssəylə

Qəlbim ovuldu.

Beşikdə sakitcə

Keçir günləri.

Sevər və şükr edər

Baxan gözləri!

Gənc həyat nəfəs verir

Şəffaf şüşə üstünə;

Yeni bir ömür gəlir

Ötüb keçməyə.

Uşaq yuxlayırdı:

Keçindi qoca.

Əfv et oğlunu,

Oh, atılmış ata!

Bahnhofstrasse*

Lağlağı gözlər təki yol göstərər

Ötüb getdiyim yerdən işarələr,

Boz yolumun bənövşəyi nişanları

Görüşüb rəqs eləyən ulduzlardı.

Ah, məşum əzab ulduzu!

Həm çılğın gənclik atıb bizi,

Həm tanımır qoca qəlbin kamallığı

Yolum üstdə lağ eləyən nişanları.

(*Sürixin mərkəzi küçələrindən biri)

Yer və göyün simləri

(C.Coycun “Kamera musiqisi” kitabının ilk şeiri)

Şirin musiqi çalır

Yerin, göyün simləri;

Söyüdlər görüşən yerdən

Axan çayın simləri.

Çay boyunca bir nəğmə var

Sevgi didərginlərinə,

Saçında tünd yarpaqlardı,

Solğun güllər - köynəyində.

Həzin havaya bürünüb,

Mahnıya bənd olub başlar,

Bir alətin üzərində

Gəzişir bütün barmaqlar.

Oxu zalı

Tərcümə etdi: Sadıq Məmmədli

# 969 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news