Rəsm müsabiqəsi olacaq

Rəsm müsabiqəsi olacaq
calendar 1 avqust 2017
clock 14:19

Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız Qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Bakıda “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib.

Bu barədə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov məlumat verib. Onun sözlərinə görə, müsabiqədə rəssamlığa marağı olan hər kəs iştirak edə bilər. Lakin artıq mükafatlandırılan fırça ustaları sözügedən müsabiqəyə qatıla bilməzlər.

“Əsərlər yalnız kətan üzərində yağlı boya ilə, eni 60-80 sm, uzunluğu isə 60-100 sm olmaqla işlənməlidir. Müsabiqədə rənglərə və süjet seçiminə məhdudiyyət qoyulmur. Əsərlərin son qeydiyyat tarixi sentyabrın 15-də başa çatır. İştirakçılar sənət əsərlərini Almaniyanın Bakıdakı səfirliyinə (Nizami küçəsi 69, “İSR” Plaza, 10-cu mərtəbə) və Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr şöbəsinə təhvil verməlidirlər”, - deyə R.Kərimov vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Qala Həyat” sığorta şirkəti və “Berlin-Bakı” Rəsm Qalereyası da müsabiqəyə dəstək verən təşkilatçılar sırasındadır. /azertag.az/

# 1174 dəfə oxunub

Oxşar xəbərlər

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

16:50 14 oktyabr 2025
"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
menu pen all_news