“Sevgi günahdır...”

“Sevgi günahdır...”
calendar 8 may 2014
clock 08:00

Kulis.az məşhur kanadalı yazıçı, feminist, tənqidçi Marqaret Etvudun əsərlərindən sitatları təqdim edir:

Boşanma hansısa orqanın amputasiyasına bənzəyir. Yaşamağa davam etsəniz də nəsə əksik olacaq.


Sevgi günahdır, amma yoxluğu daha böyük günahdır.


İnsanlar xoşbəxt sonluqlara nəyə görə ağlayırsa, toylarda da o səbəblə ağlayırlar. Əslində bu, reallaşmayacağını bildikləri şeyə ümidsizcə inanmaq istədikləri üçündür.


Həyatımız zibillik kimidir. Ölünün arxasınca zibili yığışdırırsan və özün də öləndə nə torba doldurulacağını başa düşürsən.

Başqaları haqqında həddən çox şey bilmək insanı o insanların “hakimiyyəti” altına salır, sizin üstünüzdə haqqı olduğunu düşünürlər. Nəyi niyə etdiklərini başa düşməyə çətinlik çəkir və nəhayət, qarşılarında aciz görünürük.

Həqiqəti yazmağın yeganə yolu yazdıqlarınızın heç vaxt oxunmayacağını düşünməkdir.

Bizə elə gəlirdi ki, böyüklərdən qaçırıq, bir də gördük özümüz də böyümüşük.

Gözə-göz ancaq korların sayının artmasına gətirib çıxarır.

Hansısa dini seçmək məcburiyyətində qalsam, yəqin ki katolisizmi seçərəm. Heç olmasa orda qadın cinsindən olan müqəddəslər və Məryəm Ana var.

Bütün kök qadınlar eyni görünür.

Mən mükəmməllik gözləsəydim, bir söz belə yazmazdım.

# 2687 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news