Məşhur yazıçı casus imiş

Məşhur yazıçı casus imiş
calendar 31 avqust 2015
clock 08:54

İngilis yazıçı Frederik Forsaytun Böyük Britaniya kəşfiyyatı Mİ6-ın agenti olduğu məlum olub.

Yazıçı 20 ildən çox kəşfiyyat orqanları ilə əməkdaşlıq edirmiş.

Frederik Forsayt BBC-yə verdiyi açıqlamada bildirib ki, Nigeriyada müstəqillik müharibəsi davam etdiyi vaxt Mİ6-la əməkdaşlıq etməyə başlayıb.

"Mən bunun qarşılığında nə maaş, nə də mükafat almamışam. Amma "Çaqqal günü" əsəri ilə məşhurlaşandan sonra kəşfiyyat orqanları mənimlə razılaşmağa başladılar. Nəticədə mən onlara məxsus bəzi sirlər öz əsərlərimdə qeyd edə bildim”. - deyə yazıçı bildirib.

Əvvələr də çoxları onun kəşfiyyatçı ola biləcəyindən şübhələnib. Çünki 77 yaşlı yazıçının casusluq barədə nəşr etdirdiyi əsərləri həqiqətə çox yaxın olub.

Onun "Dumanlı Albion" əsərində kəşfiyyatla bağlı bütün həqiqətləri öz əksini tapıb. Frederik bildirib ki, əsas kəşfiyyat fəaliyyəti jurnalist kimi Afrikada işləyərkən olub.

Forsayt 1971-ci ildə "Çaqqal günü" əsərinin nəşrindən sonra məşhur olmasına baxmayaraq, Mİ6 –ya kəşfiyyat məlumatları çatdırmağa davam edib. Əsas işlədiyi ölkələr isə Şərqi Almaniya və Cənubi Afrika Respublikası (CAR) olub.

Frederik Forsayt "Odessa günü", "Çaqqal günü", “Mənim həyatım” və başqa əsərlərin müəllifidir. /ans press/

# 978 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news