Varisin romanı Bruklində

Varisin romanı Bruklində
calendar 14 oktyabr 2016
clock 14:38

Nyu-Yorkda kitabsevərlərin ən çox üz tutduğu məkanlardan olan, kitab satışı ilə yanaşı, həm də mütəmadi olaraq yeni kitabların prezentasiyalarını, tanınmış yazıçıların imza günlərini, onlarla görüşləri təşkil edən Bruklindəki «Sankt-Peterburq» kitab mağazasında IWU (Beynəlxalq Yazıçılar Birliyi) təsisatının MDB və Rusiya nümayəndəliyi nyu-yorklu kitabsevərlər üçün kifayət qədər uğur qazanmış yeni rusdilli kitabların təqdimatını keçirmişdir.

Rusiyanın Subkultura portalı xəbər verir ki, oxuculara Tamara Buleviç, Anatoliy İzotov, Mark Boykov, Saşa Kruqosvetov, Andrey Aksyonov kimi tanınmış yazıçıların, o cümlədən həmyerlimiz Varis Yolçuyevin Moskvada, nüfuzlu «Müasirlər və klassiklər» seriyasından çıxan kitabları təqdim edilmişdir.

Varisin bu seriyadan çıxan kitabı «Yanvarın 13 günü» adlanır, 13 gün ərzində yazıçının düşüncələrindən və hər günün sonunda yazdığı hekayədən ibarətdir. Burada insan və cəmiyyətin qarşılıqlı münasibəti, xeyir və şərin əbədi mübarizəsinin müasir dövrdəki imitasiyası, yeni minilliyin insanın şəxsi «eqo»sunu korroziyaya uğratmaq cəhdi kimi mövzulardan söz açılır.

«Yanvarın 13 günü» əsərində bəzən ştrixlərlə, bəzən də dolğun şəkildə Qarabağ mövzusuna da toxunulur, əcnəbi oxuculara Azərbaycan dövləti və xalqı barədə maraqlı məlumatlar ötürülür.

Qeyd edək ki, 1-ci cildini Lev Tolstoyun «Hərb və sülh» romanı təşkil edən, 40 cildi Rusiya nəsrinin qızıl və gümüş dövr yazıçılarını əhatə edən, 30 cildi ilə 2015-ci il Beynəlxalq Moskva Ədəbi Mükafatının finalçılarına ayrılan 70 cildlik «Müasirlər və klassiklər» seriyasının kitabları hazırda Amerikanın, Qərbi Avropanın və Rusiyanın kitab mağazalarında müvəffəqiyyətlə satılmaqdadır.

# 907 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news