Fahişəlik peşə deyilmi?

Fahişəlik peşə deyilmi?
calendar 14 fevral 2013
clock 08:45

“Yazıçı rinqi” layihəsinin budəfəki qonaqları nasir Alpay Azər və şair Mirbəhram Əzimbəylidir. İştirakçılara 7 sual verilir. Hər sual qarşısında yazılan balla qiymətləndirilir. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanılır.

Hər suala 2 dəqiqə ayırmaqla cəmi 14 dəqiqə vaxt verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt ayrılır. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır. Suallardan 5-i variantlı, 2-i isə açıq sualdır.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.

1. Qabriel Qarsiya Markes aşağıdakı əsərlərdən hansını yüksək qiymətləndirir və deyirdi: “Belə bir roman yazsam, bir daha heç nə yazmamağa razıyam”. (5 bal)

A) Xoan Rulfo “Pedro Paramo”
B) Miorad Paviç “Xəzər sözlüyü”
C) Umberto Eko “Qızılgülün adı”
D) Franz Kafka “Məhkəmə”
E) Joze Saramaqo “İsanın İncili”

Alpay Azər – A

Mirbəhram Əzimbəyli – D

Doğru cavab – A

2. Azərbaycan ədəbiyyatında ən çox roman yazan yazıçı kimdir? (5 bal)

A) Süleyman Rəhimov
B) Əli Vəliyev
C) Məmməd Səid Ordubadi
D) Sabir Əhmədli
E) Varis Yolçiyev

Alpay Azər – D

Mirbəhram Əzimbəyli – D

Doğru cavab – D


3. Aşağıdakı əsərlərdən hansı “Minilliyin romanı” adlandırılır? (4 bal)

A) M. Şoloxov “Sakit Don”
B) N. Tolstoy “Hərb və sülh”
C) F. M. Dostoyevski “Karamazov qardaşları”
D) C. London “Martin İden”
E) C. Coys “Uliss”

Alpay Azər – C

Mirbəhram Əzimbəyli – A

Doğru cavab – C

4. Amerika ədəbiyyatının əsas mövzusu nə sayılır? (6 bal)

A) Mübarizə və əzmkarlıq
b) Etniq dözümlülük
C) İnqilab
D) Süqutların səbəbi
E) Hakimiyyət çəkişmələri.

Alpay Azər – A

Mirbəhram Əzimbəyli – A

Doğru cavab – A


5. Hansı heyvan suyun dərinliyinə batmaq üçün daş udur? (6 bal)

A) Delfin
B) Balina
C) Köpək balığı
D) Suniok
E) Dəmir balıq

Alpay Azər – E

Mirbəhram Əzimbəyli – A

Doğru cavab – C

6. Anarın “Yaxşı padşahın nağılı” əsərindən dövlətin himni sayılır? (7 bal)

Alpay Azər – padşahın arvadının xorultusu dövlət himni sayılır

Mirbəhram Əzimbəyli – padşahın arvadının xorultusunu lentə yazıb dövlət himsi elan edirlər.

Hər iki cavab doğru hesab olunur

7. Qızıl Dövrə qədər Romada fahişəlik xüsusi bir peşə növü sayılmırdı? (7 bal)

Alpay Azər – Pas.

Mirbəhram Əzimbəyli – Bilmirəm.

Doğru cavab: Xüsusi tayfalarda fahişə qadınlara qarşı amansız qəddarlıqlar olduğu üçün görə və yalnız varlı adamların xalqdan gizli əyləncəsi sayıldığına görə.

Toplam:

Alpay Azər – 27 bal

Mirbəhram Əzimbəyli –13 bal

Ümumi ballara əsasən budəfəki “Yazıçı rinqi” layihəsinin qalibi Alpay Azərdir.

# 4839 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news