Nobeli fransız yazıçı aldı

Nobeli fransız yazıçı aldı
calendar 9 oktyabr 2014
clock 15:03

Fransız yazıçı Nobel aldı

Bu gün 2014-cü il Nobel Ədəbiyyat mükafatının sahibi açıqlanıb. Kulis.Azın məlumatına görə Nobel Ədəbiyyat Mükafatının sahibi fransız yazıçı Patrik Modianodur.

O, “Ən ağlasığmaz insan talelərini təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və ifadə sənətinə görə” Nobel mükafatına layiq görülüb.

Patrik Modiano 30 iyul 1945-ci ildə varlı ailədə anadan olub. Fransız yazıçı və ssenaristidir.

Atası Toskanada məskunlaşmış qədim yəhudi nəslindəndir. Anası isə flamand aktrisasıdır. 1942-ci ildə Parisin almanlar tərəfindən işğalı ərəfəsində tanış olmuş valideynləri 1944-cü ildə ailə həyatı qurublar.

Modiano əvvəlcə IV Henrix adına Paris liseyində sonra isə Ansi kollecində təhsil alıb.

Modianonun “Ulduz meydanı” adlanan ilk romanı 1968-ci ildə nəşr olunub və dərhal müəllifə məşhurluq gətirib.

Müəllifin bütün əsərləri demək olar ki, avtobioqrafikdir və İkinci Dünya Müharibəsi zamanı Fransanın işğalı ilə əlaqədardır.

Modianonun qəhrəmanları başlanğıcın, kökün, keçmişin axtarışı vasitəsilə özünüdərkə cəhd edirlər.

“Ulduz meydanı”, “Gecə gözətçisi”, “Ailə xronikası”, “Kədərli villa” və başqa əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.

"Qara piştaxtalar küçəsi" romanına görə 1978-ci ildə Qonkur mükafatı alıb.

2000-ci Kann kino festivalının münsifi olub.

P. Modiano ailəlidir. 1970-ci ildə ailə həyatı qurub. İki qızı var.

# 3845 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news